2 C
Baku
Saturday, December 14, 2024

Pərakəndə Biznesin İnkişafı Şöbəsinin Rəisi / Eksperti – Rabitabank OJSC

0
Pərakəndə Biznesin İnkişafı Şöbəsinin Rəisi / Eksperti – Rabitabank OJSC
29.01.2020

Riteyl Kreditlər Departamentinin Pərakəndə Biznesin İnkişafı Şöbəsinin Rəisi / Eksperti vakansiyası.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 Kreditləşməyə aid qaydaların hazırlanması və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
 Kredit sifarişlərinin və müştərilərin ödəniş qabiliyyətliliyinin müəyyən olunması prosesini təkmilləşdirmək;
 Kredit xidmətləri üzrə keyfiyyətin təkmilləşdirilməsini təmin etmək;
 Kredit satışının artırılması istiqamətində tədbirlər görmək;
 Kredit bazarının mütəmadi araşdırılması və məhsul şərtlərində müvafiq dəyişiklərlə bağlı təkliflər vermək;
 Şöbənin fəaliyyəti ilə bağlı tələb olunan bütün hesabatlılığın aparılmasını təmin etmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

 Ali iqtisadi təhsil;
 Yüksək ünsiyyətqurma və təqdimetmə qabiliyyəti;
 Yüksək idarəetmə və təşkilatçılıaq qabiliyyəti;
 Operativ də doğru qərarvermə qabiliyyəti;
 Təşəbbüskar və yeni fikirlərə qarşı açıq olmaq;
 Sahə üzrə 5 illik (rəhbər vəzifədə 2 il olmaqla) iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Pərakəndə Biznes – Şöbə rəisi / Ekspert” göstərməyiniz xahiş olunur.

ƏLAQƏ VASİTƏLƏRİ:

E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi