28 C
Baku
Saturday, July 27, 2024

Plastik kartlarla əməliyyatlar şöbəsində kiçik mütəxəssis – Yelo Bank

0
Plastik kartlarla əməliyyatlar şöbəsində kiçik mütəxəssis – Yelo Bank
Bakı
05.05.2023

Siz elektron poçtun “mövzu” yerinə “Plastik kartlar” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.

Struktur: Plastik kartlarla əməliyyatlar şöbəsi
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • Bankomatların monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
  • Ödəniş terminallarının monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
  • POS terminalların müştəriyə təhvil verilməsi və müştəridən təhvil alınması;
  • Bankomatlarda reklam çarxlarının dəyişdirilməsi;
  • Router, modem quraşdırılması və konfiqurasiyası.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi (Rus və İngilis dili arzu olunandır);
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi