1 C
Baku
Sunday, February 25, 2024

PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis – Express Bank

0
PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis – Express Bank
Bakı
19.05.2021

Express Bank ASC-nin Reklam və marketinq şöbəsində aktiv PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis vakansiyası mövcuddur.

Vakansiya üzrə tələblər:

– Ali təhsil (PR, marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi arzuolunandır).
– İctimaiyyətlə əlaqələr sahəsində minimum 3 il iş təcrübəsi;
– Mükəmməl Azərbaycan və rus dili (ingilis dili arzuolunandır)
– Kreativ və analitik düşüncə tərzi;

Vəzifə üzrə öhdəliklər:

– Bankın PR strategiyasının hazırlanması;
– PR fəaliyyəti üçün plan və büdcənin hazırlanması;
– Mövcud media əlaqələrinin saxlanılması və yenilərinin qurulması;
– Mətbuat konfranslarının, brifinqlərin, müsahibələrin və reportajların təşkili;
– Press relizlər, çıxışlar, müsahibələr üçün məzmunun yaradılması;
– KSM və sponsorluq layihələrinin təşkili və idarəolunması;
– Daxili və xarici kommunikasiya kanalları üçün mətnlərin hazırlanması.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis/ mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi