22 C
Baku
Tuesday, April 23, 2024

Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi – PASHA Life

0
Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi – PASHA Life
29.03.2019

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Proqramlaşdırma şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  30 mart 2019-cu il

Əsas vəzifə öhdəlikləri:

1. Şirkət üzrə mövcud olan proseslərin avtomatlaşdırılmış və gələcək üçün planlaşdırılmış proqram təminatlarının dizayn modellərinin hazırlanması;
2. Proqram təminatının hazırlanması üçün texniki təsvirlərin və rəhbərin təlimatlarına əsasən UX və Uİ işlərinin təkmilləşdirilməsi;
3. Şirkətin Internet səhifəsinin yenidən təkmilləşdirilməsi və effektli dizayn formatlarının hazırlanması;
4. Şirkətin digər struktur bölmələrinin dizayn sifarişlərinin vaxtında və lazımi səviyyədə icra edilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə 1 ilədək iş təcrübəsi tələb olunur;

Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, informasiya texnologiyaları sahəsində təhsilə üstünlük verilir;

Dil bilikləri : Azərbaycan dilini mükəmməl bilməlidir, rus və ingilis dillərinindən ən azı birini yüksək səviyyədə bilməlidir;

Texniki bilikləri: HTML/HTML5,Bootsrap və CSS3 texnologiyalarını mükəmməl səviyyədə bilməli; JavaScript,Jquery və AJAX texnologiyalarına hakim olmalı; Responsive və Adaptive dizayn konseptlərində və Cross platform və cross browserlə işləmə bacarığı olmalıdır

Kompüter bilikləri : MS Office;

Üstünlüklər: JavaScript framework-lərini (Angular JS, Ember JS və s.) bilməsi; Photoshop proqramından istifadə bacarıqlarının olması üstünlükdür;

Fərdi keyfiyyət tələbləri : Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma,  problem həlletmə, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidinə daxil olmaqla “Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

İşin aid olduğu sahə

KateqoriyaSığorta