-1 C
Baku
Sunday, December 15, 2024

Proqramlaşdırma və dəstək bölməsinin mütəxəssisi -proqramçı – PASHA Life

0
Proqramlaşdırma və dəstək bölməsinin mütəxəssisi -proqramçı – PASHA Life
Bakı
16.09.2021

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,Proqramlaşdırma və dəstək bölməsi
Vəzifə: Proqramlaşdırma və dəstək bölməsinin mütəxəssisi -proqramçı
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Vəzifə Öhdəlikləri:

1. Proqram təminatı bölməsi üzrə təhkim edilmiş Komanda ilə birlikdə işləmək;
– Proqram kodlarının hazırlanması
– Unit Test Modulların hazırlanması,
– Texniki Test mərhələlərinin aparılması
– Proqram təminatının hazırlanması üçün tapşırıqları izləmək,
– Gündəlik Komanda görüşlərində iştirak etmək, təlimatlar üzrə nəzərdə tutulan işlərin həyata keçirmək və nəzarət etmək
– Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və öncədən görülə biləcək problemləri
2. Nəzərdə tutulan Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini həyata keçirmək;
3. Şirkətin, PO və Birbaşa rəhbərlərin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
4. Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və avtomatlaşdırılmasını idarə etmək;
5. Daxili proseslərin analiz olunması və avtomatlaşdırılmış hesabat sisteminin qurulmasını idarə etmək;
6. Web & Win servisləri hazırlamaq;
7. Yeni yazılmış prosedur və funksiyaları test etmək;
8. Proqramçı olaraq şirkətin İT strategiyasına və tələblərinə uyğun proqram təminatlarından istifadə etmək və standartlar daxilində BackEnd proqramlaşdırma üzrə taskların yerinə yetirilməsini təmin etmək

Namizədə olan tələblər:

İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İnformasiya texnologiyaları və ya Riyaziyyat sahələrində bakalavr dərəcəsi
Texniki bilikləri: C# ,ASP.NET CORE MVC, ASP.NET CORE API, MSSQL(T-SQL)
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
Üstünlüklər: Microservis Arxitekturunda və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür
Kompüter bilikləri: MS Word: orta, MS Excel: orta, MS Outlook: orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta