5 C
Baku
Tuesday, January 31, 2023

Rəqəmsal marketinq üzrə Mütəxəssis – PAŞA Bank

0
Rəqəmsal marketinq üzrə Mütəxəssis – PAŞA Bank
Bakı
09.07.2021

“PAŞA Bank” ASC olaraq Rəqəmsal marketinq üzrə Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Marketinq kommunikasiyaları üzrə bazar araşdırması, strategiya formalaşdırılması və təhlillərinin aparılması;
• Biznes, brend, hədəf bazar və rəqib kontekstində düzgün istinadedici meyarların müəyyən edilməsi;
• Müvafiq seqmentlər ilə sıx əməkdaşlıq çərçivəsində detallı marketinq planlarının, həmçinin müxtəlif brend və məhsul kampaniyalarının hazırlanması və icrası,
• Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt kontentinin və marketinq planlarına uyğun digər marketinqlə əlaqəli kontentlərin yekun təsdiqi,
• Müvafiq marketinq tədbirlərinin idarə edilməsi və səmərəliliyinin qiymətləndirilməsi,
• Hazırlanmış bütün marketinq fəaliyyətlərinin brend mövqeyi və təlimatlara uyğun olmasının təmin edilməsi,
• Toplanmış məlumatlar və iradlara cavab olaraq marketinq kampaniyaları və tədbirlərinin monitorinqi və tənzimlənməsi;
• Mümkün təkmilləşmələr üçün müştərilər, potensial müştərilər və məhsul sahibləri ilə Fokus Qrupların təşkili, təkliflərin hazırlanması və icrası;
• Brend və məhsul təşviqi məqsədi ilə sosial reklam kampaniyalarının hazırlanması, idarəedilməsi və monitorinqi;
• Müqavilələr, səyahət tələbləri, satınalma sifarişləri, ödəniş tələbləri də daxil olmaqla bütün inzibati, təchizat və maliyyə sənədlərinin kiçik mütəxəssis tərəfindən razılaşdırılmış müddət çərçivəsində düzgün şəkildə hazırlanılması və təhvil verilməsinin təmin edilməsi,
• Marketinq kommunikasiyası şöbəsinin funksional büdcəsinin hazırlanması və idarə edilməsi, büdcə xərclərinin təsdiqlənmiş büdcə kvotası çərçivəsində olmasını təmin etmək üçün onlara nəzarət edilməsi və monitorinqi

Sizdən nə tələb olunur?

• Təhsil: Marketinq və ya digər müvafiq sahə üzrə Bakalavr və ya Magistr təhsili
• İş təcrübəsi: Rəqəmsal marketinq üzrə ən az 3 il
• Lisenziya/Sertifikat: SEO sertifikatı, Rəqəmsal Marketinq mütəxəssisi sertifikatı (üstünlük verilir)
• Xarici dil bilikləri: səlis Azərbaycan, Rus və İngilis dili
• Kompüter bilikləri: MS Office proqramları, Marketinq sahəsində proqram təchizatları üzrə biliklər
• Digər:
SEO və SEM, marketinq üzrə məlumat bazası, email, sosial media və Display ads kampaniyalarının idarəsi üzrə təcrübə;
İnternet səhifələrinin analitikası alətləri üzrə bilik və təcrübə;
Bazar təhlili yanaşmaları və alətləri haqqında biliklər;
Marketinq kommunikasiya strategiyaları prinsipləri və alətləri haqqında biliklər;
Məlumat təhlili alətləri haqqında biliklər və bu sahədə təcrübə

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 05.08.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Rəqəmsal marketinq üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi
X