17 C
Baku
Saturday, May 18, 2024

“Remedi Group” 2 min manat maaş ilə “Baş Mühasib” axtarır

0
“Remedi Group” 2 min manat maaş ilə “Baş Mühasib” axtarır
Bakı
06.01.2023
İş barədə məlumat- Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək.
– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkili və nəzarət edilməsi
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinə nəzarət etmək
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak etmək
– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi
– Vergi,statislika, DSMF hesabatların hazırlanması və göndərilməsi
– Mühasibat uçotu üzrə bütün növ sənədləşmənin təşkili
– 1C 8.3 proqramında bütün növ əməliyyatların aparılmasına nəzarət olunması və mühasibat yazılışlarının verilməsi.
– Kassa,Bank əməliyyatlarının həyata keçirilməsi – Onlayn bankçılıq ilə ödənişlərin həyata keçirilməsi
– Debitor və kreditor hesablaşmaların aparılmasına nəzarət olunması
– Kadr uçotunun aparılması
– Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayıb rəhbərliklə müzakirə etmək
– Sahəsi üzrə öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

İş şəraiti:
– İş qrafiki: 5 günlük iş qrafiki
– Əmək haqqı: 2000 AZN

Namizədə tələblər- 1C 8.3, Excel, Word proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı
– E-taxes.gov.az, stat.gov.az portallarindan yaxşı istifadə etmək bacarığı
– Yaş-30-40
– Müvafiq sahə üzrə 5 ildən artıq iş təcrübəsi
– Təhsil – Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit)
– Analitik düşüncə və təhlil bacarığı
– AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli

İşin aid olduğu sahə

KateqoriyaMühasib