Vəzifəyə olan tələblər:
– Beynəlxalq maliyyə institutlarından təqdim olunmuş məhsullar və xidmətlər barədə bilik
– Bankın fəaliyyət qaydaları və prosedurlar barədə ümumi bilik
– Güclü tənqidi və analitik düşüncə, təşkilatçılıq, problemi həll etmə bacarığı
– Beynəlxalq əlaqələrin idarə edilməsi
– İngilis və rus dilində mükəmməl şifahi və yazılı ünsiyyət
Əsas tələblər:
· Maliyyə və ya idarəetmə sahəsində ali təhsil
· Bir ildən üç ilə qədər müvafiq iş təcrübəsi
Vəzifə öhdəlikləri:
Beynəlxalq maliyyə institutlarından təqdim olunmuş məhsullar və xidmətləri və əlaqədar digər funksiyaları yerinə yetirir. Məhsullara və xidmətlərə klirinq, xarici pul köçürmələri, maliyyələşdirmə və s. daxildir. Uyğunsuzluqları həll etmək ya lazımi təsdiqləri almaq üçün əlaqədar bütün tərəflərlə şifahi və yazılı əlaqə qurur. Ödəniş və hesablaşma cədvəllərini hazırlayır. Düzgün xidmət üçün bütün əməliyyat tənzimləmələrini təmin edir.
Əmək haqqı: Namizədin bacarıq və təcrübəsi əsasında razılaşdırılır.
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə vakansiyanın adını yazmağı unutmayın.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |