Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

    Bakı
    Posted 3 weeks ago

    «Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.

    Hörmətli namizəd!

    İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

    Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi

    Namizədə tələblər

    • Yaş: 23-30
    • Təhsil: Ali və ya orta texniki
    • İş təcrübəsi: qeyd olunan vəzifə üzrə minimum 1 il
    • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır)
    • Texniki sənədləri tərtib etmək təcrübəsi
    • “Routing” və “Switching” , VLAN, Xarici və daxili şəbəkə bilikləri

    Şəxsi keyfiyyətlər

    • Analitik təhlil və operativlik bacarığı
    • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
    • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

    Əsas vəzifə öhdəlikləri

    Şəbəkə sahəsi:
    • Sadə şəbəkə sisteminin qurulması,
    • Marşrutlanma avadanlıqlarının (Routers) və WIFI avadanlıqlarının (Access Points) quraşdırılması,
    • Paylayıcıların (Switches) quraşdırılması.
    • İP adresslərin hesablanması və paylanması

    Rabitə sahəsi:
    • VOİP soft (3cx Phone System,Asterisk) və ya fiziki ATS-lərin proqram təminatları.
    • Proqramın quraşdırılması və sazlanması, İP telefonlarla işləmə (quraşdırılma,sazlanma və problemin həlli)
    • Mobil avadanliqların (GSM gateways) quraşdırılması və sazlanması

    Sistem sahəsi:
    Microsoft Serverlər ailəsi bilikləri
    • Active Directory
    • DNS
    • DHCP
    • Print Server
    • DFS (File Server)
    • Mail Server

    Virtual sistemlər:
    • VMware

    Şəxsi keyfiyyətlər

    • Analitik təhlil və operativlik bacarığı
    • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
    • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

    İş şərtləri

    • Əmək müqaviləsi bağlanılır
    • İş vaxtı 09:00 – 17:30
    • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
    • Sabit əmək haqqı sınaq müddətində 450 AZN
    • Sınaq müddətindən sonra 500 AZN

    Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Şəbəkənin və sistemlərin idarəedilməsi şöbəsinin mütəxəssisi qeyd etmələri xahiş olunur.

     

    Job Features

    Job CategorySığorta

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.