8 C
Baku
Thursday, December 12, 2024

Sektor müdiri Texniki nəzarətin təşkili sektoru (Kəlbəcər) – Kənd Təsərrüfatı Nazirliyi

0
Sektor müdiri Texniki nəzarətin təşkili sektoru (Kəlbəcər) – Kənd Təsərrüfatı Nazirliyi
Kəlbəcər
02.05.2023

Vakansiyanın təsviri

  • Sektorun fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Sektora həvalə olunmuş vəzifə və funksiyaların yerinə yetirilməsini təmin etmək;
  • Sektorun əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəsliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət edilməsinə nəzarət etmək və onların davranışlarının etik davranış qaydalarına uyğunluğunu təhlil etmək;
  • nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, qeydiyyata alınmış nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə nəzarəti təşkil etmək;
  • nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqələrinin verilməsinə (dəyişdirilməsinə) nəzarəti təşkil etmək;
  • Sektorun fəaliyyət istiqamətləri üzrə rayonlarda mütəmadi monitorinqlərin keçirilməsini təşkil etmək;
  • Sahə üzrə normativ hüquqi aktların, əmr, sərəncam və qərar layihələrinin hazırlanmasında iştirak etmək və bu barədə təkliflər vermək;
  • Sektorun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflərin verilməsini təmin etmək;
  • sektor üzrə iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və müzakirə edilməli məsələlərə dair rəhbərliyə təkliflər vermək;
  • Rəhbərliyin digər xidməti tapşırıqlarını yerinə yetirmək və aidiyyəti məsələlərlə bağlı vətəndaşların qəbulunu həyata keçirmək.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: maşın mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, mexanika mühəndisliyi, aqromühəndislik ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – orta səviyyədə
  • Xarici dil biliklərinə dair tələblər: yoxdur
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları