Bakı
     
21.09.2023
    Vakansiyanın təsviri
- Zərər dəymiş əmlaka baxış keçirərək qiymətləndirməni aparmaq;
 - Ehtiyac yarandıqda hadisə yerinə çıxış etmək, həqiqi və ya saxta hal olması ilə əlaqədar hadisəni araşdırmaq;
 - Zərər dəymiş əmlakın ehtiyac yarandıqda şəkil üzərindən qiymətini təyin etmək;
 - Qiymət təyin edilə bilməyən zaman dəyərləndirmə üçün müştərini təmir müəssisələrinə yönəltmək;
 - Regionlarda və Bakıda olan yol nəqliyyat hadisələri üzrə nəqliyyat vasitələrinə dəymiş ziyan üzrə qüsur aktlarının tərtibatında təmir müəssisəsində iştirak etmək, servisdən verilən qiymətləndirmə dəyərini analiz etmək;
 - Sığorta işi sistemdə təsdiq olunduqdan sonra zərər dəymiş əmlakın təmir-bərpa olmaq məqsədilə təmir müəssisəsinə istiqamətləndirmək;
 - İlkin təklif olunmuş qiymət ilə razılaşmayan müştəri ilə görüşmək və razılıq əldə olunmasına çalışmaq;
 - Qiymətləndirmə ilə bağlı razılıq əldə olunduqdan sonra təmir üçün müştərini servisə yönləndirmək;
 - Servislərdə təmir olunan nəqliyyat vasitələrinə nəzarət etmək;
 - Cəmiyyətə qarşı irəli sürülmüş subroqasiya tələblərini qiymətləndirmək, yenidən qiymətləndirmə üçün digər şirkətlərlə görüşmək;
 - Zərərə aid qüsur aktı təqdim olunduqda həmin sənədləri icraçıya təqdim etmək;
 - Ay ərzində qüsur aktları barədə hesabatlar hazırlamaq;
 - İlkin qiymətləndirmə zamanı ehtiyat hissələrə qiymət qoymaq;
 - Qəza zamanı zərər dəymiş daşınmaz əmlakı dəyərləndirmək;
 - Ölkədaxili və xarici ehtiyat hissələrini axtararaq təmin etmək;
 
Xüsusi tələblər
- Ali təhsil olmalı;
 - Microsoft Office proqramları bilməli;
 - Bank və sığorta sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
 - Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
 
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Sığorta | 



