Bakı
20.09.2023
Bank olmayan kredit təşkilatı Falcon Finance MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Elanın təsviri
- Elan tarixi: 19.09.2023
- Son tarix: 19.10.2023
- Şirkət: Falcon Finance MMC
- Ərazi: Bakı
- Maaş: Müsahibə əsasında
- Staj: 3 il
- Yaş: 22 — 35 yaş
- Təhsil: Ali təhsil
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
- E-mail: [email protected]
- Tel.: 055-220-99-16
Tələblər:
- Ali təhsil (maliyyə ixtisası üzrə olması üstünlükdür)
- İş təcrübəsi: minimum 3 il
- MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı, ünsiyyətcil, gülərüz.
Vəzifə öhdəlikləri:
- Kreditor və Debitor hesabların tətbiqi və aylıq üzləşdirilmələrin aparılması.
- Əmək haqqının hesablanması, məzuniyyətin hesablanması, son haqq-hesab, əmək haqqı kartlarının sifarişi, ezamiyyə xərclərinin hesablanması, xəstəlik vərəqələrinin hesablanması və sistemə işlənilməsi.
- Lizinq və kredit ödənişlərinin sistemə işlənilməsi.
- Bütün Bank əməliyyatların icra edilməsi.
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması.
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi.
İş qrafiki:
- 5 günlük iş rejimi
- İş saatı: 09:00 – 18:00
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] ünvanına mövzu hissəsində “Mühasib” qeyd etməklə yönləndirmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |