2 C
Baku
Sunday, December 15, 2024

Sığorta hadisələrinin araşdırması üzrə aparıcı mütəxəssis – Azərbaycan Sənaye Sığorta

0
Sığorta hadisələrinin araşdırması üzrə aparıcı mütəxəssis – Azərbaycan Sənaye Sığorta
Bakı
21.09.2023

Vakansiyanın təsviri

  • Zərər dəymiş əmlaka baxış keçirərək qiymətləndirməni aparmaq;
  • Ehtiyac yarandıqda hadisə yerinə çıxış etmək, həqiqi və ya saxta hal olması ilə əlaqədar hadisəni araşdırmaq;
  • Zərər dəymiş əmlakın ehtiyac yarandıqda şəkil üzərindən qiymətini təyin etmək;
  • Qiymət təyin edilə bilməyən zaman dəyərləndirmə üçün müştərini təmir müəssisələrinə yönəltmək;
  • Regionlarda və Bakıda olan yol nəqliyyat hadisələri üzrə nəqliyyat vasitələrinə dəymiş ziyan üzrə qüsur aktlarının tərtibatında təmir müəssisəsində iştirak etmək, servisdən verilən qiymətləndirmə dəyərini analiz etmək;
  • Sığorta işi sistemdə təsdiq olunduqdan sonra zərər dəymiş əmlakın təmir-bərpa olmaq məqsədilə təmir müəssisəsinə istiqamətləndirmək;
  • İlkin təklif olunmuş qiymət ilə razılaşmayan müştəri ilə görüşmək və razılıq əldə olunmasına çalışmaq;
  • Qiymətləndirmə ilə bağlı razılıq əldə olunduqdan sonra təmir üçün müştərini servisə yönləndirmək;
  •  Servislərdə təmir olunan nəqliyyat vasitələrinə nəzarət etmək;
  • Cəmiyyətə qarşı irəli sürülmüş subroqasiya tələblərini qiymətləndirmək, yenidən qiymətləndirmə üçün digər şirkətlərlə görüşmək;
  • Zərərə aid qüsur aktı təqdim olunduqda həmin sənədləri icraçıya təqdim etmək;
  • Ay ərzində qüsur aktları barədə hesabatlar hazırlamaq;
  • İlkin qiymətləndirmə zamanı ehtiyat hissələrə qiymət qoymaq;
  • Qəza zamanı zərər dəymiş daşınmaz əmlakı dəyərləndirmək;
  • Ölkədaxili və xarici ehtiyat hissələrini axtararaq təmin etmək;

Xüsusi tələblər

  • Ali təhsil olmalı;
  • Microsoft Office proqramları bilməli;
  • Bank və sığorta sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
  • Qrup şəklində işləmək qabiliyyəti, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta