9 C
Baku
Friday, December 13, 2024

Şikayət və Müraciətlərlə İş şöbəsi üzrə Mütəxəssis – Aztelekom

0
Şikayət və Müraciətlərlə İş şöbəsi üzrə Mütəxəssis – Aztelekom
Bakı
15.02.2023

Kvalifikasiya üzrə tələblər:

  • Ali Təhsilli;
  • Müştəri Xidmətləri sahəsində (şikayətlərin həlli, problemli müştərilərlə iş sahəsinə üstünlük verilir) minimum 2 il əmək stajına malik olmalı;
  • Azərbaycan dilini mükəmməl bilməlidır, Rus və  İngilis dilləri arzuolunandır;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
  • Stressə davamlı olmalıdır;
  • İnsanları inandırmaq vasitələrini bilməlidir;
  • Müştərini diqqət mərkəzində saxlamalıdır;
  • Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
  • Müştərilərin müraciətlərinin həll olunmasına təşəbbüs göstərməlidir;
  • Şikayət və Müraciətlərə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
  • Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarını mükəmməl bilməlidir;
  • İşgüzar yazışma əsaslarını bilməlidir;

Vəzifə öhdəlikləri:

  • Şikayət və Müraciətlərlə İş Şöbəsi üzrə mütəxəssis fəaliyətini “Müraciətlərin həlli prosesi” eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparımalıdır;
  • Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni (öz sahasinə aid) Qayda, Prosses, Prosedur, Daxili normativ aktların tərtibatında və mövcüdların təkmilləşdirilməsində  iştirak etməlidir;
  • Şikayət və Müraciətlərlə İş Şöbəsi üzrə mütəxəssisin əsas öhdəlikləri:
  • Müxtəlif kanallardan daxil olan şikayət və müraciətləri növündən asılı olaraq qruplaşdırmaq;
  • İlkin araşdırmadan sonra aidiyyəti üzrə yönləndirmək;
  • Aidiyyəti şöbələrdə araşdırmanın şəffaf aparılması və müştəri məmnuniyyətinin      qorunmasına nəzarət etmək;
  • Şöbələr tərəfindən təqdim edilən cavabları dəqiqləşdirdikdən sonra standart cavablar hazırlamaq;
  • Müraciətləri təyin olunmuş zaman çərçivəsində cavablandlrmaq;
  • Departamentinin digər struktur  bölmələri ilə  qarşılıqlı fəaliyyət göstərməlidir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirməlidir.

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Müvafiq   tələblərə  uyğun  olan namizədlər CV-lərini  mövzu  hissəsində Şikayət və Müraciətlərlə İş şöbəsi üzrə mütəxəssis vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]

Son müraciət tarixi 28.02.2023.