1 C
Baku
Saturday, December 14, 2024

Sistem administrator – PASHA Bank

0
Sistem administrator – PASHA Bank
23.07.2019

Vəzifə: Sistem administratoru

Funksiya: Əməliyyatlar
Department: İnformasiya Texnologiyaları
Şöbə: İT Əməliyyatları
Qrup: İnfrastruktur Xidmətləri
Tabeçilik: Qrup rəhbəri

Vəzifənin məqsədi

İT infrastrukturna aid sistemlərinin inzibatçılığını və tətbiqini həyata keçirmək, onların daim yenilənməsini təmin etmək və çıxan insidentləri aradan qaldırmaq

Vəzifə Öhdəlikləri

– Məlumat Mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN) və öhdəçiliyində olan digər İT sistemlərinin etibarlı işləməsini təmin etmək 
– Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək 
– İT sistemlərinin işinin dayandırılması və fəaliyyəti ilə bağlı insidentləri və problemləri qeydiyyata almaq və onları həll etmək 
– Məlumatların ehtiyat surətlərinin yaradılmasını idarə etmək və mütəmadi nəzarətdə saxlamaq 
– Serverlərin və proqram təminatının mütəmadi olaraq yenilənməsini təmin etmək 
– Müvafiq İT sistemlərinin xüsusi proqram təminatı vasitəsilə monitorinqinin aparılmasını təmin etmək 
– Müvafiq İT sistemlərinin xüsusi proqram təminatı vasitəsilə monitorinqinin aparılmasını və həmin proqram təminatının etibarlı işləməsini təmin etmək 
– Texniki sənədləşməni aparmaq (diagram və s.)
– Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
– Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
– Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək. 
– Audit və komplayns yoxlama nəticələri
– Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; 
• Lisenziya/ Sertifikat: : N/A;
• Xarici dil: İngilis dili (yaxşı);
• Kompüter bilikləri: MS Office, AAA, DNS, PKI, şəbəkə protokolları haqqında ümumi bilik.
• Məhsul biliyi: VMware vSphere, Windows Server 2008-2016, MS Exchange, Active Directory
• Digər: Komandada və çoxlu tapşırıqlarla işləmək bacarığı. Yaxşı analitik bacarıqlar.

E – mail : [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT