9 C
Baku
Friday, December 13, 2024

Sistem Administratoru – A – Group Insurance Company

0
Sistem Administratoru – A – Group Insurance Company
Bakı
05.07.2023

Vəzifə öhdəlikləri:

  • İT infrastrukturuna nəzarət, vaxtında yenilənməsi və fasiləsiz işin təşkili;
  • İT sistemlərinin (Windows Server əməliyyat sistemləri, Active Directory, MS Exchange, IIS, Nginx, Group Policies, File Server və s.) inzibatçılığı və fasiləsiz işi təşkil etmək;
  • Cəmiyyətin əsas proqram təminatın fasiləsiz fəaliyyətini təmin etmək;
  • Kompüter avadanlıqlarına və proqramlara xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin etmək;
  • Proqram təminatları ilə bağlı zəruri məsləhətlərin verilməsini təmin etmək;
  • Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq;
  • Çağrı mərkəzi və Tele-satış sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək;
  • Sistem üzrə proqramların və texniki vasitələr üzrə daxili təlimlər keçmək və prosedurların hazırlanmasını təmin etmək;
  • Zərüri hallarda istifadəçilərə İT dəstək göstərmək (second line support);
  • Serverlərdə və digər kompüterlərdəki zəruri informasiyanın arxivləşdirilməsini və zərurət olduqda bərpasını təşkil etmək;
  • Şəbəkə avadanlıqları və sistemləri üzrə köməklik göstərmək;
  • Cəmiyyətin korporativ və lokal kompüter şəbəkələrinin təhlükəsiz fəaliyyətinə nəzarət etmək;
  • Cəmiyyətin fasiləsiz internet bağlantısının işini təmin etmək.

Tələblər:

  • Kompüter, texniki və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • İT sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərin yüksək səviyyədə inzibatçılığı;
  • Linux əməliyyat sistemləri üzrə ilkin anlayış;
  • İT şəbəkənin iş prinsiplərindən məlumatlı və iş təcrübəsi olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 19.07.2023-cü il tarixinədək  Mövzu (Subject) hissəsində “Sistem Administratoru” qeyd edərək elektron ünvanına göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta