19 C
Baku
Thursday, April 25, 2024

SMM üzrə mütəxəssis – Azericard

0
SMM üzrə mütəxəssis – Azericard
Bakı
08.04.2020

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.

Hal hazırda aktiv olan vakansiya: SMM üzrə mütəxəssis.

Vəzifə öhdəlikləri:

• Hədəf auditoriyasını (HA) müəyyən etmək, onun maraqlarını və davranışlarını daimi öyrənmək və incələmək;
• Müxtəlif sosial şəbəkələrin HA xüsusiyyətlərini anlamaq;
• HA-nın yüksək konsentrasiyası olan platformaları təyin etmək;
• Müasir SMM-in ən effektiv alətlərinin arsenalını yaratmaq və daimi inkişaf etdirmək;
• SMM-in biznesə mövsümü təsirlərini müəyyən etmək və dərhal lazımi dəyişikliklər etmək;
• Müxtəlif platformaların detallı tarqetinqdən və digər reklam opsiyalardan peşəkar şəkildə istifadə etmək;
• Kontekst reklam istiqamətində daimi işlər aparmaq;
• Büdcələrin proqnozlaşdırılması və optimallaşdırılması;
• Reklam kampaniyaların müxtəlif sosial şəbəkələrə uyğun olaraq adaptasiyası;
• Müasir trendlərin daimi incələnməsi;
• Müvafiq mövqeləndirmənin yaradılması;
• SMM tədbirlərin yaradılması və təşviqi;
• Kreativ müsabiqələrin yaradılması;
• SMM aktivliyin, əhatə dairəsinin və involvement-in artırılması;
• Müştəri xidməti keyfiyyətinin üzərində ciddi işlərin aparılması;
• Neqativ keyslərin və feedbacklərin üzərində işləməsi;
• Müxtəlif servisləri və tədbiqləri istifadə etmək (mass following, parsers, postponed posting, crossposting, scheduler, mailing service və sayrı);
• Kontent-planın hazırlanması;
• Müxtəlif sosial şəbəkələr üçün kontentin yaradılması və adaptasiyası (habelə audio və video);
• Bloqların aparılması;
• Fotobanklarla işləməsi;
• Lendinqlərin yaradılması;
• Veb-sayt konstruktorlarla və kontentin idarə edilməsi sistemlərilə işləməsi (WordPress və sayrı);
• Məşhur bloqerlərlə və influenslərlə sıx əməkdaşlıq yaradılması;
• Reklam kampaniyalarının analizlərinin aparılması;
• Veb-analitika servislərlə işləməsi;
• Traffikin keyfiyyətini və kanallarını izlənməsi;
• End-to-end analytics alətlərlə işləməsi;
• Sosial şəbəkələrin statistikasını incələməsi üçün müxtəlif servislərlə işləməsi;
• SMM və SEO hesabatlarının hazırlanması.

Tələblər:

• Peşəkar səviyyədə biliklər və idarə etmə: Instagram, Facebook, Youtube, Twitter və s. (reklam və promouşn mexanizmini mükəmməl bilməsi kritik vacibdi);
• SEO üzrə əsas teoretik biliklər: Google Ads, Google Analytics, Google Search Console, Google Data Studio, Yandex Metrics, Yandex WebMaster və s.;
• Qabaqcıl səviyyə: PowerPoint, Word, Excel;
• Ali təhsil, Azərbaycan və Rus dillərini mükəmməl bilməsi; İnglis dili orta səviyyə;
• Yüksək səviyyədə qrammatik, düzgün və maraqlı mətnləri yazma qabiliyyəti;
• Kreativlik, dünya trendlərinin müasir stillərini hiss etmə bacarığı;
• Detallara diqqətlilik;
• Müstəqil və komandada işləmə bacarıqları;
• İri həcmli işin öhdəsindən gəlmək bacarığı və stressə davamlılıq;
• Peşəkar inkişafa meyil göstərmək, müasir trendlərin və uğurlu marketinq təcrübələrinin izlənməsi;
• Minimum 1 il iş təcrübəsi (habelə frilanser şəkilində);
• Reklam agentliklərdə olan təcrübə böyük üstünlükdür.

Namizədlərdən CV-lərini “SMM üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər