6 C
Baku
Sunday, December 15, 2024

Şöbə rəisi (Keyfiyyətə nəzərat şöbəsi) – SOCAR

0
Şöbə rəisi (Keyfiyyətə nəzərat şöbəsi) – SOCAR
12.04.2023

Vakansiyanın təsviri

  • SOCAR-ın neft və qaz yataqlarının, perspektiv strukturlarının işlənməyə hazırlanması, neftin, qazın, kondensatın hasilatı, nəqli və emalı üzrə vahid texnoloji prosesi əhatə edən beynəlxalq standartların tələblərinə uyğun keyfiyyətə nəzarətin təşkil edilməsi, həmçinin keyfiyyətə əminlik tələblərinə uyğunluq nəzarət mexanizmlərinin yaradılması və davamlı inkişaf etdirilməsi, uyğun olaraq hesabatların hazırlanması;
  • SOCAR-ın qazma və hasilat sahələrini əhatə edən müəssisələrdə proseslərin Keyfiyyət normalarına uyğun şəkildə aparılmasının
  • qiymətləndirməsi və formallaşmış təkliflərin Departament rəisinə təqdim edilməsi;
  • SOCAR-ın struktur bölmələrindən Departamentin və Şöbənin əsasnaməsi ilə müəyyənləşdirilmiş vəzifələrinin həyata keçirilməsi üçün lazım olan məlumat, material, sənəd və hesabatların müvafiq qaydada əldə edilməsi və təhlilinin təmin edilməsi;
  • Şöbədə işçilər arasında iş bölgüsünü aparmaq;
  • Şöbənin işinin icrasına nəzarəti bilavasitə Departament rəisinin tapşırıqları əsasında həyata keçirmək;
  • Müvafiq sahələr üzrə texnoloji proseslərdə keyfiyyətə neqativ təsir edən amilləri müəyyənləşdirmək və bununla bağlı Departament rəhbərliyinə səmərəli təkliflərlə çıxış etmək;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar aylıq, rüblük və illik hesabatların hazırlanmasını təmin etmək;
  • Müvafiq sahələr üzrə mürəkkəbləşmə və yaxud qəza halına çevrilmə riski mövcud, səmərəliliyini itirən əməliyyatların müvəqqəti olaraq dayandırılması üçün bütün təsiredici amilləri nəzərə alan təkliflər planının hazırlanmasını təmin etmək;
  • Quyuların qazılması və təmiri işlərinin müvafiq layihə tapşırıq və iş planına uyğun aparılmasına şöbədaxili nəzarəti təşkil etmək;
  • Öz fəaliyyətini qanunvericiliyə, müvafiq yerli və beynəlxalq standartlara, Departamentin və şöbənin
  • Əsasnaməsinə və SOCAR-ın digər şirkətdaxili normativ sənədlərinə uyğun
  • Vəzifə öhdəlikləri (funksiyalar) olaraq təşkil etmək;
  • SOCAR-ın maddi maraqları və yaxud korporativ nüfuzu baxımından əhəmiyyət doğuran səviyyədə təsir edən və ya edə biləcək qəza və mürəkkəbləşmələrin araşdırılmasını təşkil etmək və bu istiqamətdə tərtib olunmuş sənədləri təhlil etmək;
  • Zəruri hallarda keyfiyyətə əminlik prosesi çərçivəsində şirkətdaxili monitorinqlərin təşkilində (SOIMS, API, ISO və s.), keyfiyyət təminatı üzrə fəaliyyətlərin təhlil və analizlərinin aparılmasında yaxından iştirak etmək;
  • SOCAR rəhbərliyinin dərkənarlar ilə daxil olan tapşırıqlarının vaxtında və yüksək peşəkarlıqla icrasını təmin etmək;
  • Uyğun olaraq hesabatlar, xidməti yazılar, arayışlar tərtib edərək
  • aidiyyəti üzrə rəhbərliyə təqdim etmək;
  • Texniki əməliyyatlarda (bilavasitə istehsalat-texnoloji proseslərdə)
  • SOCAR-ın keyfiyyətə nəzarət sisteminin müasir standartlara uyğun tətbiqinə nəzarətinin həyata keçirilməsi;
  • Şöbə işçiləri tərəfindən hazırlanmış, habelə razılaşdırılması üçün
  • Şöbəyə daxil olmuş sənəd layihələrinə viza vermək, onlara zəruri düzəliş və əlavələr etmək;
  • Layihə sənədlərinin ekspertiziyasının keçirilməsində iştirak etmək;
  • Şöbədə çalışan işçilər barəsində həvəsləndirmə və intizam
  • tənbehləri tədbirlərinin görülməsinə və fəaliyyətin daha səmərəli təşkil
  • edilməsinə dair təkliflər vermək;
  • • Şirkətin fəaliyyət istiqamətləri üzrə inteqrə olunmuş texniki və
  • texnoloji siyasətinin müəyyən edilməsinə, əməliyyatların bütövlüyünün
  • təmin edilməsinə nəzarətin təşkilini təmin etmək, uyğun olaraq hesabatların
  • hazırlanması.

Xüsusi tələblər

  • Ali təhsil / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə 5 il SOCAR-ın Baş ofisində qazma və quyu əməliyyatları sahəsi üzrə
  • mütəxəssis vəzifələrdə iş stajı, və ya 3 il SOCAR-a birbaşa tabe olan qurumlarda qazma və quyu əməliyyatları sahəsi üzrə rəhbər vəzifələrdə iş stajı. Hasilat/istehsalat müəssisəsində və ya qazma üzrə fəaliyyət göstərən qurumda, qazma və quyu sahəsi üzrə iş təcrübəsinin olması zəruridir.
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Səriştəlik və digər tələblər
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə
  • Menecment, korporativ idarəetmə, keyfiyyətin idarə edilməsi, standartlaşdırma və s. sahələrdə baza bilikləri;
  • Neft sənayesi haqqında dərin bilikləri;
  • Neft və qaz quyularının istismar üsulları və onların tətbiqi.
  • İstismar üsuluna uyğun olaraq tamamlama avadanlıqlarının seçilməsi prinsiplərini;
  • Neft və qaz-kondensat quyularında əsaslı və cari təmir işlərini;
  • Layihə-smeta sənədlərinin hazırlanmasında istifadə olunan beynəlxalq və yerli standart və normativ sənədlərin tələblərini;
  • Keyfiyyətin idarə edilməsi ilə bağlı əsas yanaşmaları;
  • Məlumatları təhlil etmə üsullarını;
  • Neft və qaz-kondensat yataqlarının işlənmə rejimlərini;
  • Quyuların tikinti işlərinin təhlili və qiymətləndirilməsini;
  • Qazma işlərinin aparılması qaydalarını. Quyular üzrə kateqoriyaları və tipləri;
  • Maili və horizontal qazma işlərini;
  • Qazma və qoruyucu kəmərlərin növləri, xarakteristikaları və istismar qaydalarını;
  • Qazma baltalarının xarakteristikalarını və istismar qaydalarını;
  • Quyuların qazılmasında istifadə olunan alət və avadanlıqların təyinatı və istismarı qaydalarını;
  • Quyuların qazılmasında və quyunu kəsməklə ikinci lülənin açılmasında istifadə olunan alət və avadanlıqların təyinatı və istismarı qaydalarını;
  • Qəza və mürəkkəbləşmə hallarının qarşısının alınması ilə bağlı ləğv işlərinin təhlili;
  • Qazma ilə bağlı yeni və müasir texnologiyanın tətbiq olunması üçün işlərin təhlili və qiymətləndirilməsi.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər