03.02.2022
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq Məlumat Bazaları üçün prosedur və təlimatları tərtib və tətbiq etmək, mütəmadi yeniləmək;
- Agentliyin müəyyənləşdirilmiş Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək;
- Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanılması;
- Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək;
- Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq;
- Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq;
- Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək;
- Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək;
- Agentliyin istifadəsində olacaq məlumat bazaları üzrə digər mütəxəssislərə dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Texniki sahə üzrə təhsil arzuolunandır);
- SQL sorğuların yazılması üzrə minimum 2 il iş təcrübəsi;
- DBMS (PostgreSQL, MySQL və s.) məlumat bazaları üzrə dərin biliklər;
- SQL/PL-SQL/T-SQL/PgSQL üzrə biliklər;
- SQL sorğuların optimallaşdırılması üzrə biliklər;
- Proqram təminatı nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq;
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti;
- Komanda şəklində işləmə bacarığı;
- Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;
- Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır;
- Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 02.03.2022-ci il;
- CV-lər qeyd edilən e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT, Sığorta |