7 C
Baku
Thursday, December 12, 2024

Strateji inkişaf və marketinq üzrə mütəxəssis – MilliKart LLC

0
Strateji inkişaf və marketinq üzrə mütəxəssis – MilliKart LLC
Bakı
02.06.2020

Strateji inkişaf və marketinq üzrə mütəxəssis 

Öhdəliklər:

• Yeni ödəniş metodlarının tətbiqi və fəaliyyətinin idarə edilməsi prosesində iştirak edilməsi;
• Təşkilatın cari ödəniş proseslərinə dair öz təkliflərini və töhfəsini verərək, ödəniş strategiyalarını müəyyən edilməsi;
• Ödəniş təchizatçısı ilə əməkdaşlıq əlaqələrini qurulması və idarə edilməsi;
• Prosesin idarə edilməsi planının işlənib hazırlanması, tapşırıqlar arasında prioritetlərin düzgün müəyyənləşdirilməsi qabiliyyəti və tapşırıqların, bütünlükdə layihənin yerinə yetirilməsi gedişatı ilə bağlı hesabatların təqdim edilməsi;
• Texniki və təşkilati məsələlərlə bağlı partnyor təşkilatların nümayəndələri ilə əməkdaşlığın yaradılması;
• Bazar trendlərinin araşdırılması, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən edilməsi və onların təkmilləşdirilməsinə müvafiq təkliflərin verilməsi;
• Təşkilatın sosial media strategiyasını inkişaf etdirilməsi;
• Təşkilatın internet səhifəsinin və sosial şəbəkə hesablarının idarəedilməsi, eləcə də kontentlərin hazırlanması;

Tələblər:

• Ödəniş kartları və ödəniş xidmətləri barədə biliyə malik olması;
• Sürətlə inkişaf edən və gərgin mühitdə müstəqil və komanda ilə birlikdə işləmək bacarığı;
• Dinamik mühitdə məlumatların təhlili və kompleks məsələlərin həlli bacarığı;
• Eyni zamanda bir neçə tapşırıq və layihələr ilə işləmə bacarığı;
• Güclü kritik düşünmə və biznesə maraq;
• Mükəmməl yazılı və şifahi ünsiyyət qurma və təqdimat bacarığı;
• Azərbaycan, rus və ingilis dillərinin biliyi;
• MS Office (Excel, PowerPoint, Word) və qrafik dizayn proqramlarının yüksək səviyyədə biliyi.

İş haqqında məlumat:

• 5 bünlük iş qrafiki( şənbə-bazar, bayram və qeyri iş günləri istirahət);
• iş qrafiki saat 09:00 – 18:00
• əmək haqqı namizədin bilik və bacarığından asılı olaraq 400-500 AZN aralığında təyin ediləcək;
• müraciət üçün [email protected] emailinə “Strateji inkişaf və marketinq üzrə mütəxəssis” başlığı ilə CV göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər