21 C
Baku
Sunday, June 2, 2024

Strateji planlaşdırma və innovasiyalar şöbəsi, Mütəxəssis – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti

0
Strateji planlaşdırma və innovasiyalar şöbəsi, Mütəxəssis – Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti
Bakı
16.02.2023

Vakansiyanın təsviri

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq icra hakimiyyəti orqanları tərəfindən daxil olan məktubların (müraciətlərin) cavablandırılması;
  • Şöbənin fəaliyyəti barədə dövrü hesabatların hazırlanması;
  • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Fəaliyyət Planının hazırlanması;
  • Agentliyin fəaliyyət planı əsasında aparatın struktur bölmələri və tabeliyində olan qurumların iş planlarının hazırlanması;
  • Təhlil Alt-Sisteminin təkmilləşdirlməsi və yaranmış boşluqların aradan qaldırılması məqsədilə təkliflərin verilməsi;
  • Agentlikdə müvafiq sahə üzrə qəbul edilmiş hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət edilməsi;
  • İş planının icrasının təmin edilməsi məqsədilə tələb olunan parametrlər üzrə təhlilin aparılması üçün məlumatların düzgün və tam tərtib edilməsinin yoxlanılması, habelə zərurət olduğu halda baxış imkanı olan baza məlumatları ilə tutuşdurulması və nöqsanların olub-olmamasının müəyyənləşdirilməsi;
  • Rəhbərliyin istəyinə uyğun olaraq, müxtəlif spesifik hesabatların hazırlanması;
  • Agentliyin struktur bölmələri və tabeliyində olan qurumların fəaliyyəti ilə bağlı müxtəlif spesifik hesabatların hazırlanması;
  • Agentliyin fəaliyyyəti ilə bağlı dövrü hesabatların hazırlanması;
  • Agentliyin struktur bölmələri və tabeliyində olan qurumlar ilə birgə Təşkilatın işini nizama salan siyasətlərin, qaydaların, prosedurların işlənib hazırlaması və mütəmadi olaraq nəzərdən keçirərək yeniləməsi;
  • Müvafiq sahədə yerli və beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirak edərək əldə olunmuş bilik və bacarıqların Agentliyin əməkdaşları ilə paylaşılması;
  • Müvafiq sahə üzrə sifariş verilmiş işlərin və xidmətlərin təsdiq olunmuş tələblərə uyğunluğunun yoxlanılması və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasının təmin edilməsi;
  • Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələrin həyata keçirilməsi;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi;
  • Şöbəyə fəaliyyəti ilə bağlı sənəd, məktub və əmr layihələrinin hazırlanması;
  • Şöbənin fəaliyyət sahəsinə aid daxili və xarici yazışmaların həyata keçirilməsi;
  • Rəhbərlik tərəfindən verilən vəzifə öhdəliyinə aid digər tapşırıqların yerinə yetirilməsi.
  • Əmək haqqı: 1200 AZN+

Xüsusi tələblər

  • İş təcrübəsi: Sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsil: Bakalavr, İqtisadiyyat və idarəetmə / Biznesin idarəedilməsi, menecment, iqtisadiyyat, maliyyə və s.
  • Microsoft windows, excel, powerpoint, word, visio.
  • İngilis dili B2 səviyyə;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları