3 C
Baku
Saturday, December 14, 2024

Sumqayıt nümayəndəliyində satış üzrə assistent – PAŞA Sığorta

0
Sumqayıt nümayəndəliyində satış üzrə assistent – PAŞA Sığorta
17.12.2019

“PAŞA Sığorta” ASC namizədləri “ Sumqayıt nümayəndəliyində satış üzrə assistent “ vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
• Şirkətə müraciət edən müştərilərə mövcud Ön Masa işçilərinin ünsiyyət bacarığı üzrə təlimatda nəzərdə tutulmuş standartlara (Salamlama, dinləmə qabiliyyəti,cavablama tərzi və s.) riayət edərək yüksək keyfiyyətli xidmət göstərilməsi;
• Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;
• Zərurət yarandığı halda sığorta obyektlərinə baxışı həyata keçirilməsi;
• Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq növbətçi olduğu zaman müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;
• Birbaşa tabe olduğu rəhbərin tapşırığı ilə digər işlərin həyata keçirilməsi.

BİLİKLƏR

• Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir;
• Dil bilikləri: Azərbaycan və rus dillərinin sərbəst bilikləri, işgüzar ingilis dili biliyinə üstünlük verilir.

TƏCRÜBƏ

• Sığorta və satış istiqamətində iş təcrübəsi olan namizədlərə üztünlük verilir.

BACARIQLAR

• Ünsiyyətçilik;
• Dəqiqlik;
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı.

Son müraciət tarixi: 30 dekabr, 2019-cu il.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta