14 C
Baku
Bazar, May 29, 2022

Sumqayıt, Şamaxı, Gəncə, Lənkəran, Xaçmaz və Qusar filialları üzrə SME Baş mütəxəssis – Rabitəbank

0
Sumqayıt, Şamaxı, Gəncə, Lənkəran, Xaçmaz və Qusar filialları üzrə SME Baş mütəxəssis – Rabitəbank
Gəncə, Lənkəran, Qusar, Şamaxı, Sumqayıt, Xaçmaz
30.06.2021

“Rabitabank” ASC Sumqayıt, Şamaxı, Gəncə, Lənkəran, Xaçmaz və  Qusar filialları üzrə SME Baş mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Bankın kiçik və orta biznes kreditlərini, korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
  • Biznes sahəsinə səfərlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq krediti rəsmiləşdirmək;
  • Kredit portfelini keyfiyyətlə idarə etmək, planın icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
  • Təhkim olunmuş portfel üzrə borc alanların planlı və ya plandan kənar monitorinqlərini həyata keçirmək;
  • Filialda kiçik və orta biznes kreditləri, korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.

 

Vəzifəyə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • SME kreditləşməsi sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Analitik düşünmə qabiliyyəti;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;
  • Komanda tərkibində işləmə bacarığı;
  • Problemləri həlletmə qabiliyyəti;
  • Məsuliyyətlilik, düzgünlük, dəqiqlik kimi keyfiyyətlər;
  • Əla səviyyədə Azərbaycan dili biliyi;
  • MS Office proqramlarından istifadə bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SME-Baş mütəxəssis(müraciət etdiyiniz filial)” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi