27 C
Baku
Saturday, July 27, 2024

Təşkilati işlər üzrə mütəxəssis – PAŞA Bank

0
Təşkilati işlər üzrə mütəxəssis – PAŞA Bank
Bakı
26.01.2022

İşiniz nədən ibarətdir?

  • Təşkilatın əməkdaşları və komandalarının iş məhsuldarlığının artırılması;
  • Təşkilatın inkişafı üçün zəruri olan proses, siyasət və prosedurların qurulmasında iştirak;
  • Bankın HİPO və Davamlılıq siyasəti üzrə prosesin qurulması, icrası, müvafiq dəyişikliklərin edilməsi və monitorinqi;
  • Bankın HİPO və Davamlılıq siyasəti üzrə təyin olunan davamçıların təlim və inkişaf proqramlarının hazırlanması və icrası, bu istiqamətdə bankdaxili əməkdaşlığın qurulması, həmçinin korporativ mərkəz tərəfindən daxil olan tapşırıqların idarəedilməsi;
  • PAŞA Hub mərkəzindən daxil olan tapşırıqların idarəedilməsi;
  • Korporativ mərkəzlə bütün təşkilati inkişaf prosesləri barədə sıx əməkdaşlığın qurulması və daxil olan tapşırıqların icrası;
  • Bank üzrə karyeranın inkişaf prosesinin qurulması və təlim, inkişaf prosesi ilə əlaqələndirilməsi;
  • Təlim və inkişaf nəticələri əsasında karyera yüksəlişinin həyata keçirilməsini təmin edən layihələrin və proseslərin icrası;
  • Karyeranın inkişafına və dəyişikliyinə yönəlik məktəb və “bootcamp”ların planlanması, digər Tİ mütəxəssisi ilə birgə kurrikulumların tərtibi və icrası;
  • Kurasiya üzrə təşkilati inkişaf proseslərindən işçi məmnuniyyət səviyyəsinin təqib edilməsi və rüblük əsasda ölçülməsi;
  • Tİ prosesləri üzrə rəqəmsal həllər yolunun araşdırılması və yeni təkliflərin irəli sürülməsi;
  • İR beynəlxalq trendlərin izlənilməsi və ən azından ildə 2 dəfə komandalara təqdimatın keçirilməsi;
  • İşçilərin inkişaf planına uyğun olaraq təlim proqramlarının araşdırılması və təmin edilməsi;
  • Fəaliyyətin idarəedilməsi prosesinin icrası, İR biznes partnyorluq komandasına Tİ kurasiya üzrə dəstəyin göstərilməsi; prosesin icrası zaman yaranan sualların cavablandırılması, həllini tapmayan sualların fəaliyyətin idarəedilməsi üzrə proses sahibinə yönləndirilməsi;
  • Təşkilati inkişaf üzrə data keyfiyyətinin təminatı və bütün proseslər üzrə lazımi bazalara vaxtında məlumatın daxil edilməsi;
  • Avans və tələbnamələrin düzgün yerləşdirilməsi;
  • Təlim sifarişlərinin proseslə müəyyən edilmiş qaydada açılması;
  • Təlim ehtiyaclarının qarşılanması ilə bağlı aylıq hesabatın sistemə daxil edilməsi;
  • Tİ üzrə kurasiyada şöbə rəhbəri tərəfindən verilən təşkilati struktur dəyişikliklərinin icrası və təşkilati struktur üzrə lazımi təqdimatların hazırlanması və iş analizi formasının doldurulmasının təmin edilməsi;
  • Təşkilati strukturun yenilənməsi və bütün Tİ kurasiyalar üzrə icrasının monitorinqi və təmin edilməsi, struktur dəyişiklərinin təsdiqi prosesinin icrası;
  • İş analizinin vaxtında yerinə yetirilməsi və iş analizi prosesinin şəffaflaşdırılması məqsədilə Tİ şöbə rəhbəri tərəfindən təsdiq olunan tədbirlər planının icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: Sosial elmlər, İqtisadiyyat sahəsində ali təhsil
  • İş təcrübəsi: İstedadların idarəedilməsi, Karyeranın idarəedilməsi, Fəaliyyətin idarəedilməsi, Təlim və İnkişaf, və ya digər İR sahələrində ən az 4-5 il
  • Lisenziya / Sertifikat: SHRM/ CİPD, PMP
  • Xarici dillər: İngilis
  • Kompüter bilikləri: Microsoft Office, Power Point, Excel
  • Məhsul üzrə biliklər: İstedadların idarəedilməsi siyasəti
  • Bazar üzrə biliklər:
  • Təlim, inkişaf və karyeranın idarəedilməsi
  • “Design thinking”
  • İR üzrə “agile governance”

Digər:

  • Ünsiyyət və nitq bacarığı
  • İnnovativ düşüncə və özünü inkişaf bacarığı
  • Liderlik bacarığı, yenilikçi, komandada iş bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 18.02.2022-ci il tarixinədək başlıqda “Təşkilati İnkişaf üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi