13 C
Baku
Friday, May 17, 2024

Təchizat və satınalma şöbəsinin müdiri – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
Təchizat və satınalma şöbəsinin müdiri – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Bakı
18.01.2024

Vakansiyanın təsviri

  • Biz nə təklif edirik: Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.
  • Şöbənin fəaliyyətinin təşkili, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsünün aparılması və rəhbərlik edilməsi;
  • Satınalma prosedurlarına nəzarət;
  • “Dövlət satınalmaları haqqında” qanunvericiliyin tələblərinə uyğun tender və kotirovka sorğularına, müqavilələrin hazırlanmasına, hesab fakturaların, elektron qaimələrin, aktların və şöbəyə daxil olan məktubların cavablandırılmasına nəzarət;
  • Satınalma predmetləri üzrə işçilərin vəzifə və öhdəliklərinə uyğun iş bölgüsünün təyin edilməsi;
  • Satınalmaya dair normativ-hüquqi sənədlərin layihələrinə dair təkliflərin təqdim edilməsi;
  • Müvafiq maliyyə-iqtisadi təhlillərin aparılmasının və əsaslandırılmış təkliflərin təqdim edilməsinin təmin edilməsi;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Əlavə məlumatlar: İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Lev Tolstoy 170.

Xüsusi tələblər

  • Ali təhsil;
  • Satınalmalar sahəsində 5 il iş təcrübəsi (minimum 3 il rəhbər təcrübəsi);
  • “Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
  • Yaxşı səviyyədə İngilis və rus dili biliyi üstünlükdür;
  • Microsoft Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı (xüsusilə, Excel);
  • Liderlik, qərarvermə, vaxtın və resursların idarə olunması bacarığı;
  • Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta