15 C
Baku
Saturday, April 20, 2024

Təcrübə proqramı (Gəncə) – ParaBOKT

0
Təcrübə proqramı (Gəncə) – ParaBOKT
Gəncə
15.07.2021
Təcrübə proqramı

PARABOKT Gəncə filialı üzrə təcrübəcilər dəvət olunur

PARABOKT kredit və satış sahəsi üzrə təcrübə proqramı elan edilir. Proqram kredit və bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə Paraboktda çalışanlardan biri olmaq imkanını yaradır.  Parabokt tərəfindən irəli sürülən bu təşəbbüs tələbələrin və ya iş potensialı olub ali təhsili olmayan  gənclərin  gələcəkdə peşəkar  təcrübə əldə etməsində və Parabokt-da karyera qurmasında dəstəyini təmin edir.

Bu təcrübə proqramı iştirakçılara qazandıracaq:

  • Real iş mühiti ilə tanışlıq
  • Təcrübəçilərin öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki və kredit sahəsi üzrə biliklərə yiyələnmə şansı
  • Təşkilatın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti
  • Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması

Maraqlanan şəxslərin CV-lərini “təcrübə proqramı” başlığı ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan  namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi