12 C
Baku
Friday, November 1, 2024

Təkrarsığorta üzrə mütəxəssis – Azərbaycan Sənaye Sığorta

0
Təkrarsığorta üzrə mütəxəssis – Azərbaycan Sənaye Sığorta
Bakı
09.01.2024

Vakansiyanın təsviri

  • Təkrarsığorta müraciətləri ilə əlaqədar təkrarsığorta təkliflərini dəyərləndirməsi üçün əlaqədar məlumatları toplamaq, dəyərləndirmək və təkrarsığorta şəhadətnaməsini hazırlamaq;
  • Təkrarsığorta müqaviləsinə xitam və ya dəyişiklik edilərkən Maliyyə departamentindən və Sığorta Hadisələrinin Araşdırılması departamentindən müraciətə imzalı qeyd almaq;
  • Təkrarsığorta müqavilələrin yenilənməsi üçün təkrarsığortaçılarla əlaqə saxlamaq və təkrarsığorta müqavilələrinin yenilənməsi üçün əlaqədar işləri həyata keçirmək;
  • Surveyer olunacaq əmlaklara baxış keçirmək və fotoşəkillərini çəkmək;
  • İş sаhəsi ilə əlaqədar müəyyən оlunmuş məlumаt, uçоt və nəzаrət хаrаktеrli hеsаbаtlаrı hazırlamaq;
  • Ekspert, survey şirkətləri və təkrarsığortaçı ilə açıq zərərlər üzrə məlumat mübadiləsi aparmaq;
  • Zərərlərlə bağlı məlumatı almaq, araşdırmaq və təkrarsığortaçıya göndərmək;
  • Riyаzi hеsаblаmаlаr vаsitəsilə təkrarsığorta sаhəsindəki prоblеmlərin rаsiоnаl həlli yоllаrını müəyyənləşdirmək;
  • Həyata keçirdiyi təkrarsığorta əməliyyatlarını şirkətin sisteminə işləmək;
  • Təkrarsığorta şirkətlərinə borderoları hazırlamaq və göndərmək;
  • Fakultativ sliplər üzrə şərtləri razılaşdırmaq, slipləri proqram üzərindən hazırlamaq və təkrarsığortaçıya göndərmək;
  • Treaty ilə bağlı təkrarsığorta şirkətləri ilə danışıqlar aparmaq, şərtləri razılaşdırmaq və illik təkrarsığorta müqavilələrini hazırlamaq;
  • Mənfəət komissiyasının hesablanması, qarşı tərəfə məlumat verilməsi və məbləğin hesaba transfer olunmasına nəzarət etmək;
  • Daxil olan təkrarsığorta risklərini qiymətləndirmək;
  • Təkrarsığorta əməliyyatları üzrə yenilənmə prosesini həyata keçirmək və s.

Xüsusi tələblər

  • Ali təhsilli olmalı;
  • Microsoft office bilikləri olmalı;
  • Məntiqi və analitik düşünmə tərzi olmalı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta