7 C
Baku
Sunday, December 15, 2024

Təmir / Təsərrüfat işçisi – Yelo Bank

0
Təmir / Təsərrüfat işçisi – Yelo Bank
Bakı
28.09.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Təsərrüfat və avtoparkın idarəedilməsi şöbəsinin təmir / təsərrüfat işçisi” vakansiyalarını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Təmir / Təsərrüfat işçisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Bankdaxili xırda təmir işlərinin görülməsi (elektrik, santexnik, rəngsaz işləri)
• Davamlı olaraq Bankdaxili təmirə ehtiyac olan işlərin müəyyən edilməsi, görüləcək təmir işləri ilə bağlı smetanın hazırlanması və çatışmamazlıqların aradan qaldırılması
• Bankın struktur bölmələrindən daxil olmuş tələblər əsasında təmir işlərinin görülməsi
• Bankın daxili normativ sənədlərində hazırki vəzifə üçün nəzərdə tutulmuş digər işlərin icrası
• Şöbə/bölmə rəhbəri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Tələblər:

• Komandada işləmək bacarığı və stressə dözümlülük
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı
• Azərbaycan dilində səlis danışmaq bacarığı
• Rus dili bilikləri arzuolunandır

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi