15 C
Baku
Tuesday, May 14, 2024

Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis – Azərbaycan Dəmir Yolları

0
Təşkilati dizayn və planlaşdırma üzrə mütəxəssis – Azərbaycan Dəmir Yolları
Bakı
29.09.2023

Vəzifə öhdəlikləri:

  • Kadr potensialına olan tələbatın təhlilini və proqnozlaşdırılmasını, habelə ADY-nin tələblərinə uyğun olaraq insan resurslarının kəmiyyət və keyfiyyət göstəricilərinin planlaşdırılması üzrə işləri icra etmək;
  • ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizləri keçirmək, onların kvalifikasiya, habelə kompetensiya tələblərini işləmək, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılması və vəzifə təlimatlarının hazırlanması işlərini həyata keçirmək;
  • Ştat cədvəllərinin hazırlanması və onlara dəyişiklik edilməsi prosesini icra etmək;
  • Təşkilati strukturunun vizual təsvirini hazırlamaq və güncəl vəziyyətdə saxlamaq.

Namizədə dair tələblər:

  • Təhsil səviyyəsi: Ali;
  • Müvafiq sahə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Xarici dil: İngilis dili – Yaxşı, Rus dili – Yaxşı;
  • Kompüter bilikləri: MS Office (yaxşı);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;
  • İnsan resurslarına aid olan normativ, metodik və digər materiallar üzrə biliklər;

Tələb olunan funksional keyfiyyət meyarları:

  • Dəyişikliklərə uyğunlaşma;
  • Məlumat əldə etmə;
  • Diqqətlilik.

 İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Şənbə və Bazar istirahət günü.

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən  namizədlər 12.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları