6 C
Baku
Sunday, December 15, 2024

Telemarketinq xidmətinin satış üzrə meneceri – Ateshgah Sigorta

0
Telemarketinq xidmətinin satış üzrə meneceri – Ateshgah Sigorta
Bakı
09.09.2020

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Telemarketinq xidmətinin satış üzrə meneceri

Namizədə tələblər:

• Yaş: 21-35
• Cins: Qadın
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan (əla), Rus dili(əla), ingilis dili (arzuolunan)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər:

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
• Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
• Səlis, aydın, əmin danışıq tərzi
• Satış bacarığı, təqdimat qabiliyyəti

Əsas vəzifə öhdəlikləri:

• Telefon vasitəsilə sığorta məhsullarının satışı
• On-layn alış və sorğuların cavablanması və monitorinqi
• Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 10:00 – 17:30
• Sabit əmək haqqı 350-400 AZN + rüblük motivasiya

Məlumatlandırıcı qeydlər:

• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq xidmətinin operatoru ” qeyd etmələri xahiş olunur.

 

İşin aid olduğu sahə

KateqoriyaSığorta