16 C
Baku
Thursday, April 25, 2024

Texniki ekspertiza şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

0
Texniki ekspertiza şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta
Bakı
09.09.2020

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.  Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Texniki ekspertiza şöbəsinin mütəxəssisi

Namizədə tələblər:

• Yaş: 25-45
• İş təcrübəsi: avtomobil xidməti, servisi, ehtiyat hissələrinin satışı üzrə iş təcrübəsi arzuolunadır.
• Təhsil: Ali və ya orta texniki
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)
• Kompüter bilikləri, Microsoft office proqrmaları

Əsas vəzifə öhdəlikləri:

• Zədələnmiş nəqliyyat vasitələrinə (və ya digər əmlaka) texniki baxış keçirmək və dəymiş zərəri müəyyən etmək
• Zərərçəkmiş şəxslərə zəng etmək və onların nəqliyyat vasitələrinə (və ya digər əmlaka) baxış keçirilməsi yerini müəyyən etmək
• Nəqliyyat vasitələrinin texniki xidmət servislərində zədələnmiş detallarının fotoşəkillərini çəkmək
• Baxış aktlarını tərtib etmək
• Qiymətləndirilmə aktlarını tərtib etmək
• Ehtiyyat hissələrinin bazarını araşdırmaq
• Texniki xidmət stansiyaları tərəfindən təqdim olunmuş zərər aktlarını yoxlamaq
• Texniki xidmət stansiyalarına təyinatı üzrə nəqliyyat vasitələrini göndərmək
• Qiymətləndirilmə zamanı sığortalılar və ya 3-cü şəxslərin dələduzluq faktlarını müəyyən etmək
• Texniki xidmət stansiyalarında təmir edilmiş nəqliyyat vasitələrinin dəyişdirilmiş detallarının zərər aktlarına uyğun təhvil alınması prosesini təşkil etmək
• Texniki ekspertiza şöbəsinin fəaliyyətini əks etdirən hesabatlar tərtib etmək
• Birbaşa rəhbərin tapşırıq və göstərişlərini yerinə yetirmək.

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 09: 00-dan 17:30 dək. (Növbə əsasında Şənbə günləri)
• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra 600 AZN
• Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi

Şəxsi keyfiyyətlər:

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
• Təhlil və araşdırma qabiliyyətinə malik olmaq
• Müşahidə və ilkin təhqiqat aparmaq vəridşlərinə malik olmaq

Məlumatlandırıcı qeydlər:

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] və ya [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində, mütləq “Texniki ekspertiza şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta