10 C
Baku
Thursday, December 12, 2024

Tender üzrə mütəxəssis – Azlab Medical Supplies

0
Tender üzrə mütəxəssis – Azlab Medical Supplies
27.03.2024

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması;
  • Tender prosesində şirkətin təmsil olunması;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması.
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Elan üzrə ilkin araşdırmanın aparılması və rəhbərliyin məlumatlandırılması;
  • Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
  • Tender sənədlərinin əldə olunması üçün müvafiq işlərin görülməsi;
  • Tender prosesi ilə bağlı yazışmaların və danışıqların aparılması;
  • İştirakçılara qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq sənədlərin hazırlanması və tələb olunan müddət ərzində Sifarişçiyə göndərilməsi;
  • Bazar qiymətlərinin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Beynəlxalq şirkətlər, partnyorlar və müştərilər ilə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılmasını təmin etmək;
  • Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların
  • vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
  • Tender prosesi zamanı şirkətin təmsil olunması;
  • Tender prosesini icra etmək və nəzarətdə saxlamaq;
  • Tender proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;

Namizədə tələblər:

  • Ali təhsil
  • Yaş həddi 25-45
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
  • Ünsiyyət qurma, fikrini səlist izah edə bilmə qabiliyyəti
  • MS Office biliklərinə malik olmalı
  • Azərbaycan, İngilis və Rus dillərini bilməli
  • İşinə ciddi yanaşmalı, məsuliyyətli olmalı

İş şərtləri:

  • İş yeri: Abşeron rayonu, Polad Həşimov küçəsi.
  • İş rejimi: 6 günlük, iş saatı: 08:30-17:30
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.

Əlaqə üçün (055) 265 64 45 nömrəsi ilədə əlaqə saxlanıla bilər.

Uyğun namizədlərin CV-lərini  mövzu hissəsinə “tender üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər