21 C
Baku
Thursday, April 25, 2024

Texnoloq – Avrora

0
Texnoloq – Avrora
Bakı
08.04.2020

Hörmətli Namizədlər :

“AVRORA” MMC “Texnoloq” vakansiyanı açıq elan edir.

Vəzifələr:

– Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
– İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
– Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
– Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
– İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
– İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
– Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
– Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
– Alınan nəticələri sənədləşdirib tərtib etmək;
– Sahələr üzrə “Texnoloji prosesə nəzarət kartları”nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
– İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.

Tələblər:

– Ali təhsilli (Qida məhsullarının texnologiyası, Un məhsullarının texnologiyası, Qida məhsulları mühəndisliyi)
– Müvafiq sahə üzrə iş təcrübəsi minimum 3 il (Un məmulatları ilə bağlı olanlara üstünlük verilir)
– MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
– Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
– Yüksək qavrama və öyrənmə qabiliyyəti;
– İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
– Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq.

İş Şərtləri:

Həftədə 5 iş günü;
İş saatları: 08:00-17:00;
Şirkət hesabına nahar;
İş yeri Hökməli qəs.(servis şirkət tərəfindən təmin olunur).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Texnoloq” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər