1 C
Baku
Saturday, December 14, 2024

Ticari Marketinq Meneceri – Cahan Tobacco İnternational

0
Ticari Marketinq Meneceri – Cahan Tobacco İnternational
04.06.2024

İşin təsviri

İş barədə:

  • Ticari Marketinq Şöbəsinin ümumi işini təşkil etmək, iş axışlarını müəyyənləşdirmək.
  • Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi.
  • Birbaşa tabeliyində olan əməkdaşlarla gündəlik və həftəlik olaraq görüşlər keçirmək.
  • Bölmələrin qarşısına qoyulan vəzifələrin həyata keçirilməsində yaranan problemlərin həlli üçün müvafiq addımlar atmaq.

Strateji inkişaf, planlaşdırma və icraetmə üzrə:

  • Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;
  • Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
  • Məhsullar üzrə planoqramların hazırlanması prosesinə nəzarət etmək.
  • Bazar araşdırmaları etmək.
  • Müştəri ilə sıx əlaqə yaratmaq və ehtiyaclarının müəyyən edilməsi.
  • Ölkə iqtisadiyyatın, bazardakı trendlərin və rəqib fəaliyyətlərinin yaxından izlənilməsi.
  • Bazar tendensiyaları və imkanlarını izləmək, bazar payını artırmaq üçün layihə təklifləri hazırlamaq.
  • Fəaliyyət planlarının sahədə ən təsirli şəkildə həyata keçirilməsini təmin etmək üçün bölgə müdirləri ilə daim çalışılması.

Təhlil və hesabat üzrə:

  • Satış kanallarının səmərəliliyinin araşdırılması və planlaşdırılması;
  • Aylıq, rüblük, altı aylıq məhsul/kanal satış müqayisələrinin aparılması və bu məlumatların müvafiq şöbələrlə bölüşdürülməsi, inkişaf üçün tədbirlər görülməsi;
  • Bazar məlumatlarının təhlil edilməsi;
  • Bütün sahə üzrə fəaliyyətlərin planlaşdırılması, fəaliyyətlərin icrasının təqibi və nəticə üzrə təhlillərin aparılması.

Namizədə tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr
  • Kompüter bilikləri: MS Office – əla;
  • Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
  • Təcrübə: Ticari marketinq sahəsində ən azı 3 il (FMCG sektoru),
  • Marketinq sahəsi üzrə əsas biliklər;
  • Datanı təhlil etmək, təhlil nəticəsində problemləri müəyyənləşdirmək və onların həll yollarını müəyyən etmək;
  • Satış nöqtələrində istehlakçı yönümlü tətbiqetmələr, promosiya fəaliyyətləri, reklam yerləşdirmə, qiymətləndirmə, araşdırma kimi mövzularında bilik və təcrübə;
  • Ticarət tərəfdaşlığının inkişaf etdirilməsi yönündə danışıq bacarıqları;
  • Yüksək səviyyədə təşkilatçılıq və planlaşdırma bacarığı.
  • Komanda üzvlərinin inkişaf və motivasiyasına müsbət təsir göstərəcək liderlik və idarəetmə bacarıqları;
  • Strateji və taktiki vizyona sahib olmaq.

İş qrafiki: 09:00-18:00.

Vəzifə üzrə əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq təyin edilir.

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq meneceri” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. [email protected]