“Tamstore” MMC Ticari Marketinq üzrə bölmə rəhbəri vakansiyası elan edir.
Müraciət edən namizədlər CV-lərini mövzu hissəsində vəzifə adını qeyd etməklə [email protected] elektron poçt ünvanına yollaya bilərlər.
Vəzifə öhdəlikləri :
1. Kampaniya təklif siyahısının toplanması, analiz edilməsi, müvafiq Şöbələrlə danışıqlar aparıb yekun siyahının formalaşdırılması
2. Yekun siyahıya əsasən kampaniya konsepti nəzərə alınmaqla dizayn üçün yerləşim planının hazırlanması, kampaniya məhsulları üçün adlandırma siyahısının hazırlanması və dizayn üçün yönləndirilməsi
3. Prosesin izlənilməsi, dizayn edilmiş faylların yoxlanılması.
4. Kampaniya çap materiallarının sifarişlərinin verilməsi və izlənilməsi
5. Kampaniya siyahılarına uyğun qiymətlərin, şərtə bağlı endirimlərin sistemə işlənilməsinin təmin edilməsi
6. Kampaniyanın effektivliyinin izlənilməsi, növbəti kampaniya üçün eyni prosesin təmin edilməsi
7. Təqvimə, sezona, satış dinamikasına uyğun kampaniya təklifləri hazırlamaq
8. Bütün proseslərin, qrafikə uyğun getməsini daim izləmək
Tələblər :
1. Ali təhsil(İqtisadiyyat və ya sahələri üzrə olması üstünlükdür)
2.Pərakəndə şəbəkə sahəsində təcrübə mütləqdir
3. Pərakəndə bazarı barədə ümumi məlumatlılıq(ərazilər, qiymət strategiyaları, kampaniya mexanizmləri və s.)
4. Excel bilikləri(Yuxarı səviyyədə)
5. Problem həll etmə bacarığı və stressə dözümlülük
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |