3 C
Baku
Saturday, December 14, 2024

Trade marketinq üzrə mütəxəssis – Azersun Holding

0
Trade marketinq üzrə mütəxəssis – Azersun Holding
Bakı
25.01.2024

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi olmalı;
  • Qərarlı, müştəriyönümlü, rəqabəti bacaran;
  • Satış sahəsində məlumatı olmalı;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həlletmə bacarığı.

İş barədə məlumat:

  • Bazar tələblərinin araşdırılması;
  • Müştərilərin yaxından tanınması, onların vərdişlərinin və seçimlərinin öyrənilməsi;
  • Satış nöqtələrində satışyönlü tədbirlərin, təqdimatların keçirilməsi;
  • Satış nöqtələrində istifadə edilən marketinq alətlərinin satış rəqəmlərinə müsbət və ya mənfi təsirinin, hədəf kütləsində yaratmaq istədiyimiz davranış dəyişikliyinin təmin edilib-edilmədiyinin ölçülməsi;
  • Satış sonrası proseslərin izlənilməsi;
  • Rəfdə məhsulların çeşidlərinin mövcudluğuna nəzarət edilməsi;
  • İstehlakçılar və onların alış-veriş alışqanlıqları haqqında məlumat toplanması;
  • Toplanan məlumatlar yönündə strategiyaların inkişaf etdirilməsi, məlumatların doğru dəyərləndirilərək müəyyən proqnozların verilməsi;
  • Rəhbərliyə günlük hesabatların təqdim olunması.

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə, CV-nizi [email protected] elektron poçt ünvanına emaili-in mövzu yerinə “Trade marketinq üzrə mütəxəssis” yazaraq göndərə bilər və ya “Müracitət et” butonuna basaraq qeydiyyatdan keçib müraciət edə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər