15 C
Baku
Friday, October 4, 2024

Ümumi şöbədə şöbə müdirinin müavini (hüquqşünas) – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

0
Ümumi şöbədə şöbə müdirinin müavini (hüquqşünas) – Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
12.09.2024

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericilik aktlarının eyni qaydada və düzgün tətbiq edilməsini, təşkilatın qanuni mənafeyini və hüquqlarının müdafiəsini təmin etmək;
  • İdarədə kargüzarlıq işinin təşkili, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə nəzarətdə iştirak etmək;
  • Rəhbərliyin iclaslarının protokollarının hazırlanıb və aidiyyatı şöbələrə göndərilməsində iştirak etmək;
  • Rəhbərlik tərəfindən keçirilən müşavirələr, iclaslar, rəsmi qəbul və görüşlərdə beynəlxalq təcrübəyə, milli adət-ənənələrə və ümumi qəbul olunmuş protokol qaydalarına əsaslanaraq protokol xidmətinin həyata keçirilməsində, qeyd edilən tədbirlərin keçirildiyi yerlərin hazırlanmasında iştirak etmək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  • Arxiv və sənədləşmə işinin qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmasına nəzarət etmək;
  • Şöbənin iş planının, fəaliyyəti ilə bağlı hesabatların dövrlər üzrə hazırlanmasını təmin etmək;
  • İclas protokollarında qeyd olunan qərarların icra müddətlərinə nəzarət etmək;
  • İdarənin rəhbərliyi tərəfindən keçirilən aylıq, rüblük, illik, iclasları təşkil edilməsini və öncədən müzakirəyə qoyulan məsələlərin rəhbərliyə təqdim edilməsini təmin etmək;
  • Şöbə müdiri müvəqqəti olmadıqda onun səlahiyyətlərini icra etmək;
  • Fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Vəzifəyə dair tələblər:

  • Təhsil: Ali hüquq təhsili;
  • Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
  • Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir;
  • Mülki, mülki prosessual, inzibati xətalar, inzibai prosessual qanunvericiliyini bilməlidir;
  • Korporativ hüququn əsaslarını və müqavilə hüququnu bilməlidir.
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilməlidir;
  • İşgüzar yazışma əsaslarını bilməlidir;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
  • Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
  • Kompüter bilikləri üzrə: MS Office.
  • İş təcrübəsi: Korporativ hüquq sahəsində 3 ildən az olmayaraq iş stajı;

Əlaqə maili: [email protected]

Son müraciət tarixi: 26.09.2024

İşin aid olduğu sahə

KateqoriyaHüquq