10 C
Baku
Thursday, December 12, 2024

Vergilər üzrə mühasib -AccessBank

0
Vergilər üzrə mühasib -AccessBank
14.02.2020

Vergilər üzrə mühasib

Öhdəliklər

• Vergilərin düzgün və vaxtinda hesablanmasının təmin edilməsi;
• Vergi və Sosial Müdafiə Fonduna (mülkü müqavilələr üzrə) aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanması;
• Bankın əlavə dəyər vergisinə cəlb edilən əməliyyatları üzrə lazimı sənədləşmənin aparılması
• (E-qaimələrin göndərilməsi), müxabirləşmələrin verilməsi və Əlavə Dəyər Vergisi sub-hesabının hərəkətinə nəzarət edilməsi;
• Vergi və digər dövlət orqanlarından daxil olan məktub və sorğuların araşdırılması və cavablandırılması;
• Bankda mütəmadi olaraq aparılan kənar audit yoxlamaları üçün zəruri məlumatların hazırlanıb təqdim edilməsi;
• Vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlamalarında bankı təmsil etməklə yoxlama prosesində iştirak edilməsi;
• Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirilməsi;
• Vergi uçotu və hesabatlıq sisteminin təkmilləşdirilməsi prosessində iştirak etmək.

Tələblər

• Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsili;
• Vergi üçotu və hesabatlığı sahəsində az 4 illik təcrübə;
• Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları üzrə biliklər;
• MS Office, xüsusilə MS Excel mükəmməl;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus və/ ya İngilis dili bilmək arzu olunandı;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Analitik təfəkkür;
• Güclü ünsiyyət bacarığı və təşəbbüskarlıq.

Göstərilən tələblərə cavab verən namizədlər mövzu hissəsində vakansiya adını qeyd etməklə öz CV formalar [email protected] ünvanına göndərə bilər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib