13 C
Baku
Friday, May 17, 2024

Biznesə dəstək üzrə Aparıcı/ Baş mütəxəssis – AccessBank

0
Biznesə dəstək üzrə Aparıcı/ Baş mütəxəssis – AccessBank
14.02.2020

Biznesə dəstək üzrə Aparıcı/ Baş mütəxəssis (Layihə və məhsullar üzrə menecer)

Əsas öhdəliklər:

• Proseslərin və Məhsulların işlənib hazırlanması;
• Filialların yükünü azaltmaq, müştəri xidmətlərini və məhsulları / əməliyyatları yaxşılaşdırmaq məqsədi ilə proseslərin / əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması;
• Proseslərin və xidmətlərin (işlərin) yoxlanması, işlənib hazırlanması və optimallaşdırılması;
• Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə / əməliyyatlarda / məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili.

Layihə idarəçiliyi:

• Layihənin həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi və planlaşdırılması;
• Bütün zəruri səhmdarları cəlb etməklə layihənin miqyasının və məqsədlərinin müəyyən olunması və onun texniki yararlığının təmin olunması;
• Ətraflı layihə planının işlənib hazırlanması; yekun tarixlərin təyin olunması, öhdəliklərin müəyyən edilməsi, layihənin icrasının monitorinqi və ümumiləşdirilməsi. Layihənin vəziyyəti ilə bağlı yüksək rəhbərlik üçün hesabatların hazırlanması.
• Təyin olunmuş vaxt və büdcə çərçivəsində layihənin tamamlanmasının təmin edilməsi.
• Baş Ofisdə / filiallarda daxili resursların koordinasiyası.
• Layihənin lazımi qaydada icra edilməsi üçün üçüncü şəxslərlə tərəfdaşlarıa münasibətlərin yaradılması və qorunub saxlanması.

Metodologiya, treninqlər:

• Sənədlərin / daxili reqlamentlərin yoxlanması, işlənib hazırlanması və standartlaşdırıması;
• Beynəlxalq münasibətlər üçün yararlı mühitin yaradılması, inkişafı və qorunub saxlanması – beynəlxalq münasibətlərin əlverişliliyi və sadəliyi;
• İşçi heyətinin təlimatlandırılmasında fəal iştirak: yüksək ixtisaslılıq səviyyəsinin təmin olunması və qorunub saxlanması.

Tələblər:

• Ali təhsil;
• Müvafiq bank sahələrində ən azı 2 illik iş təcrübəsi (Baş Ofisdə, filiallarda təcrübə);
• Bank məhsullarını və xidmətlərini, front ofis proseslərini (qeyri-kredit və kredit məhsullarını) yaxşı başa düşmək;
• Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək.
• Güclü ünsiyyət və danışıq bacarığı
• Komandada işləmək bacarığı
• Layihə idarəçiliyi sahəsində iş təcrübəsi olanlara üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər mövzu hissəsində vakansiya adını qeyd etməklə öz CV formalar [email protected] ünvanına göndərə bilər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi