Bakı
05.07.2021
Vəzifə: VIP müştərilərə xidmət şöbəsinin müdiri
İşə götürən: TuranBank ASC
Şəhər: Bakı
Yaş həddi: 27-35
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Korporativ müştərilərə xidmət üzrə ən azı 5 il iş təcrübəsi;
- Bankın müştərilərinə xidmətin təşkili və yeni müştərilərin cəlbi bacarığı;
- Operativlik;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma qabiliyyəti;
- Məsuliyyətlilik, diqqətcillik;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma;
- Azərbaycan, Rus və İngilis dillərində səlist danışma və yazışma bacarığı.
Vəzifə öhdəlikləri:
- Hüquqi şəxslərə bank xidmətləri göstərmək;
- Bankın xidmətləri ilə bağlı müştərilərə daima məlumatlar vermək;
- Yeni korporativ müştərilər cəlb etmək və uzun müddətli əlaqələr qurmaq;
- Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
- Rəhbəri tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi.
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “VİP müştərilərə xidmət şöbəsinin müdiri” yazmağı unutmayın.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |