7 C
Baku
Thursday, December 12, 2024

İnsan resursları üzrə direktor müavini – TuranBank

0
İnsan resursları üzrə direktor müavini – TuranBank
Bakı
05.07.2021

Vəzifə:  İnsan resursları üzrə direktor müavini

İşə götürən:   TuranBank ASC     

Şəhər:             Bakı

Yaş həddi:      30-45

 

Vəzifəyə olan tələblər:

  • Ali təhsil;
  • Yaş həddi: 30-45;
  • Menecment, psixologiya və ya insan resursları sahəsində biliklər;
  • İnsan Resursları sahəsində 5 ildən artıq iş təcrübəsi;
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • Azərbaycan dilində əla, Rus və İngilis dillərində yaxşı səviyyədə bilməli;
  • Yüksək səviyyədə təqdimat bacarıqlarına malik olmalı;
  • Elektron Hökumət Portalında, MS Office-də yüksək səviyyədə işləmək bacarıqlarına malik olmalı;
  • İnduktiv və analitik təhlil qabiliyyətinə malik olmalı;
  • Yaradıcı və innovativ olmalı;
  • Vaxtın effektiv idarəedilməsi;
  • Konfliktlərin idarəedilməsi;
  • Yüksək ünsiyyət qabiliyyətinə malik olmalı.

 

Vəzifə öhdəlikləri:

  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan resurlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • Əmək bazarının daimi əsasda araşdırılması və işəgötürmə şirkətləri ilə əlaqələrin qurulması;
  • Əhəmiyyət kəsb edən vəzifələr üzrə kadr ehtiyatının yaradılması;
  • Digər şirkətlərdən peşəkar kadrların cəlb olunması mexanizmlərinin sistemləşdirilməsi;
  • Əmək fəaliyyətinin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Əmək fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının hazırlanması və planın yerinə yetirilməsinin təmin edilməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsi.

 

Qeyd: Əmək haqqı razılaşma əsasında müəyyən ediləcəkdir. Rəhbər vəzifəyə müraciət etmək istəyən namizədlər cv-lərini [email protected] e-mail adresinə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İnsan Resursları (HR)