Xəzinədar – PASHA Bank

    Bakı
    Posted 3 months ago

    Xəzinədar

    Vəzifənin məqsədi: Şöbədə kassa əməliyyatların aparılması

    Vəzifə öhdəlikləri

    • Daxil olmuş pulların sayılması
    • Filialda yerləşən ATM, AVMQ və Bankın digər avadanlıqlarının boşaldılması və doldurulması
    • Müştərinin müraciətinə və rəhbərinin göstərişi ilə əsasən inkassasiya briqadası ilə inkassasiyada iştirak etmək
    • Sənədlər əsasında nağd pul vəsaitlərinin inkasatorlara verilməsi və təhvil alınması
    • Nağd pul vəsaitinin kassa sənədinə əsasən mədaxil və məxaric edilməsi
    • ABS-də müxabirləşmələrin aparılması
    • Kassasında olan nağd pul vəsaitinin günün sonu sayılması və baş xəzinədara təhvil verilməsi
    • Kassa əməliyyat sənədlərinin saxlanılması, günün sonu kassa dövriyyəsı haqqında sənədlərin çapı və bu sənədlərə əsasən Kassa əməliyyat sənədlərinin “Günün sənədləri” qovluğuna tikilməsi
    • Müştəridən gələn şikayət və təkliflər barədə aidiyyatı bolmələrə və ya birbaşa rəhbərinə məlumat verməsi
    • Avadanlıqların işlək vəziyyətdə olub-olmamasına nəzarət edilməsi
    • Digər kassir həmkarları tərəfindən sistemə daxil edilmiş əməliyyatların yoxlayıb təsdiqləməsi (Sistem üzərindən hüquq verildikdə).

    Tələb olunan bilik, bacarıq və təcrübə

    • Təhsil: İqtisadiyyat sahəsi üzrə bakalavr dərəcəsi
    • Tələb olunan iş təcrübəsi: Xəzinə və Bank sahəsində 3 il
    • Xarici dillər: Azərbaycan dili (səlis), Rus dili (yaxşı), İnqilis dili (orta)
    • Kompüter bilikləri: Word, Excel, Outlook
    • Məhsul üzrə biliklər: Bankın nağd vəsaitlər üzrə məhsul xüsusiyyətlərinin bilməsi
    • Başqa tələblər: Mərkəzi bankın qaydaları, FlexCube

    Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Xəzinədar” yazaraq göndərmələri xahiş olunur.

    Son müraciət tarixi: 30.04.2021

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.