24 C
Baku
Thursday, April 18, 2024

Xərclər üzrə mühasib – Yeni Ganja Hotel Company

0
Xərclər üzrə mühasib – Yeni Ganja Hotel Company
Gəncə
16.12.2020

Vəzifə: Xərclər üzrə mühasib (Cost controller)
Şöbə: Maliyyə
Tabeçilik: Maliyyə meneceri
İşəgötürən: “Yeni Gəncə Hotel Comapny” MMC
Ünvan: Ramada Plaza by Wyndham Gence, Gəncə şəhəri, Şahsevənlər küçəsi ilə Nizami küçəsinin kəsişməsi

Hotelçiliklə məşğul olan “Yeni Gəncə Hotel Comapny” MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
• Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil vermək
• Online kargüzarlıq bölməsi bağlı işlərin həyata keçirilməsi
• Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanması
• E-Qaimə Fakturalarının tərtib olunması və göndərilməsi
• Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
• Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
• Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
• Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
• Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
• Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
• Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
• Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
• Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
• Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Namizədə tələblər:

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və yaxud hotelçilik sahəsi üzrə ali təhsil üstünlük hesab edilir);
– Rus və ya ingilis dili bilikləri arzu olunandır;
– Kompüter bilikləri: 1C (üstünlükdür), Microsoft Office: xüsusən word, excel və power point proqramları;
– İş yeri Gəncə şəhərində yerləşir;
– Hotelçilik və özəl sektorda minimum 5 il iş tərcübəsi;
– İşə planlı yanaşma, yüksək ünsiyyət bacarığı;
– Analitik düşüncə və analiz qabiliyyətinin olması.

İşçinin təminatları:

– Dünyanın məşhur hotel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
– Təlim və inkişaf proqramlarında iştirak imkanları;
– Tibbi sığorta;
– Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 15 Yanvar 2021-ci il

İşin aid olduğu sahə

KateqoriyaMühasib