15 C
Baku
Tuesday, April 30, 2024

Xəzinədar – Competo (Umico)

0
Xəzinədar – Competo (Umico)
Bakı
01.04.2024

Vakansiyanın təsviri

  • Gündəlik kassa kitabının uçotunu aparmaq və kassa əməliyyatlarının aparılması qaydasına uyğun olaraq ilkin kassa sənədlərini hazırlamaq;
  • Kassada mövcud olan pulun mühafizəsini təmin etmək;
  • Kassaya nağd pul mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
  • Nağd pul gəlirlərini banka inkassasiya etmək;
  • Satış və geri qaytarma kassa çeklərin düzgün çap olunmasına və Z Hesabatda məlumatların düzgün əks olunmasına nəzarət etmək;
  • POS-terminal çeklərini və kassa təhvil-təslim aktlarını yoxlamaq və yığıb mühafizə etmək;
  • Gündəlik cari gün üçün əməliyyatların nəticələrini yekunlaşdırmaq, vəsait qalıqlarını hesablamaq, mühasibat sisteminə məlumat daxil etmək, daxil edilmiş məlumatların düzgünlüyünü təmin etmək və rəhbərliyə hesabat vermək;
  • Mühasibatlıq sənədlərini yoxlamaq və mühasibat sisteminə daxil etmək, fərqləri araşdırmaq, izləmək və aradan qaldırmaq.
  • Əmək haqqı: 600 + 200 KPİ
  • Növbəli iş cədvəli

Xüsusi tələblər

  • İqtisadi sahə üzrə ali təhsil arzuolunandır;
  • Baş kassir vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır.
  • Azərbaycan dillərində səlis danışıq qabiliyyəti, Rus dili biliyi arzuolunandır;
  • Muhasibatlıq sahəsində iş təcrübəsi arzuolunandır.
  • Dürüstlük, dəqiqlik və məsuliyyətlilik.
  • Excel və 1C proqram biliyi
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər