“Rabitəbank” ASC Xaçmaz filialına İstehlak kreditləri mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir
Vəzifə üzrə olan öhdəliklər:
– Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;
– Bankın tələblərinə uyğun olan müştəriləri banka cəlb edilməsini təmin etmək;
– İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
– Müştərinin maliyyə analizini həyata keçirmək;
– Müvafiq qaydalara uyğun olaraq Ərizə Anket tərtib etmək və müvafiq Kredit Komitələrinə təqdim etmək;
– Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
– Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləmək (telefon vasitəsilə danışıqlar aparmaq, onların yaşadıqları ünvanlara qaydalara uyğun olaraq məktublar göndərmək və lazım olduqda yaşadıqları ünvanlara getmək);
– Notariat kontorları tərəfindən müqavilələrin təsdiqi və müvafiq dövlət orqanlarında qeydiyyatın rəsmləşdirilməsi prosesində iştirak etmək;
– Satış prosesinin təkmilləşdirilməsinə və banka yeni müştərilərin cəlb edilməsinə dair təkliflər vermək;
– Şöbə rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək;
Vəzifəyə olan tələblər:
– Ali təhsil (iqtisadi təhsilli olması arzu ediləndir);
– İstehlak kredit sahəsində ən azı 1il iş təcrübəsi;
– MS Office proqramında peşakar işləyə bilmək bacarığı;
– Azərbaycan və Rus dillərini mükəmməl bilmək;
– İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;
– Yüksək ünsiyyətqurma bacarığı;
– Problemləri həll etmə bacarığı;
– Yüksək təhlil etmə bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində“İstelak kredit (Xaçmaz)” göstərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |