24 C
Baku
Friday, April 26, 2024

Xaçmaz filialına İstehlak kreditləri mütəxəssis – Rabitəbank

0
Xaçmaz filialına İstehlak kreditləri mütəxəssis – Rabitəbank
Xaçmaz
30.06.2021

“Rabitəbank” ASC Xaçmaz filialına İstehlak kreditləri mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir

Vəzifə üzrə olan öhdəliklər:

– Potensial müştərilərə bankın xidmət və məhsulları barədə məlumat vermək;

– Bankın tələblərinə uyğun olan  müştəriləri banka cəlb edilməsini təmin etmək;

– İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;

– Müştərinin maliyyə analizini həyata keçirmək;

– Müvafiq qaydalara uyğun olaraq Ərizə Anket tərtib etmək və müvafiq Kredit Komitələrinə təqdim etmək;

– Kredit portfelinin keyfiyyətinə nəzarət etmək;

– Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləmək (telefon vasitəsilə danışıqlar aparmaq, onların yaşadıqları ünvanlara qaydalara uyğun olaraq məktublar göndərmək və lazım olduqda yaşadıqları ünvanlara getmək);

– Notariat kontorları tərəfindən  müqavilələrin təsdiqi və müvafiq dövlət orqanlarında qeydiyyatın  rəsmləşdirilməsi prosesində iştirak etmək;

– Satış prosesinin təkmilləşdirilməsinə və banka yeni müştərilərin cəlb edilməsinə dair təkliflər vermək;

– Şöbə rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək;

Vəzifəyə olan tələblər:

– Ali təhsil (iqtisadi təhsilli olması arzu ediləndir);

– İstehlak kredit sahəsində ən azı 1il iş təcrübəsi;

– MS Office proqramında peşakar işləyə bilmək bacarığı;

– Azərbaycan və Rus dillərini mükəmməl bilmək;

– İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək;

– Yüksək ünsiyyətqurma bacarığı;

– Problemləri həll etmə bacarığı;

– Yüksək təhlil etmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində“İstelak kredit (Xaçmaz)” göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi