7 C
Baku
Thursday, December 12, 2024

Maliyyə monitorinq şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi – Rabitəbank

0
Maliyyə monitorinq şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi – Rabitəbank
Bakı
30.06.2021

“Rabitəbank” ASC Maliyyə monitorinq  şöbəsinə  mütəxəssis / aparıcı mütəxəssis  vakansiyası üzrə işə qəbul elan edir.

Vəzifə üzrə olan öhdəliklər:

– Filial, şöbə ve struktur bölmələrindən melumatları toplamaq ve eldə. olunan məlumatlarının doğruluğunu və reallığa uyğun olmasının yoxlanması;

– Qeyri-adi və şübhəli əməliyyatların aşkar edilməsi, müştərinin və benefisiarların eyniləşdirmə və verifikasiya prosedurunu həyata keçirilməsi;

– Bloka düşən əməliyyatların Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahıları üzrə yoxlandıqdan sonra, şəxsə qarşı heç bir sanksiya yoxdursa  əməliyyatın bərpası;

– Sürətli pul köçürmə sistemləri ilə həyata keçirilən əməliyyatların PL/TMM sahəsi üzrə gündəlik monitorinqi;

– Xarici banklardan daxil olan sorğuların araşdırılması və cavab məktubunun yazılması;

– Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəflərinin vaxtında və keyfiyyətlə icra edir;

Vəzifəyə olan tələblər:

– Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);

– Bu və yaxud oxşar sahələrdə azı 1 il 6 ay iş təcrübəsi;

– Vəzifə təlimatı üzrə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan peşakar biliklərə malik olması;

– MS Excel biliklərinin yüksək səviyyədə olması

– Analitik düşüncə;

– Stressədavamlılıq;

– Diqqətlilik, dəqiqlik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyə monitorinq”göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi