-1 C
Baku
Sunday, December 15, 2024

John Wooden: əfsanəvi şəxsdən əsas biznes məsləhətləri

UCLA basketbol komandasının keçmiş baş məşqçisi John Wooden-in həyat tarixçəsi bir çoxlarını heyrət qarşısında qoyur. Wooden komandasını zala gətirən və daha sonra oradan geri aparan ciddi və qapalı bir şəxs idi. Onun dərsləri özünü təkmilləşdirmək və şəxsi biznesini irəli aparmaq istəyən hər kəs üçün faydalıdır.  

O hər yeni mövsümün əvvəlində komandaya oyunçu seçimi zamanı öz vaxtını ayıraraq hər bir oyunçuya corabları necə düzgün şəkildə geyinmək lazım olduğunu şəxsən izah edirdi.

“Səliqəli şəkildə corabı əlimizdə toplayırıq və barmaqlarımızın ucundan başlayırıq. Daha sonra pəncə və daban hissəsi ilə davam edirik. Daha sonra corabı elə dartırıq ki, heç bir qırış qalmasın.”

Bir ayaq bitdikdən sonra, Wooden oyunçuları digər corabın tayını da eyni dəqiqliklə geyməyə məcbur edirdi. Komanda oyunçuları corabları geydikdən sonra o bir-bir corablarda qırışların qalmamasını yoxlayırdı. İlk baxışdan bu anlaşılmazlıq kimi görünsə də, dahi məşqçinin bunun üçün səbəbləri var idi. Belə ki, corablarda qalmış qırışlar oyunçuların ayaqlarında sulu döyənəklərin yaranmasına səbəb olurdu.

Uğursuzluqlar inanılmaz imkanlar yaradır:

“Adətən uğursuzluqların ardında gözlənilməz imkanlar yerləşir. Onu tapın. Onu qiymətləndirin və ondan istifadə edin. Bəxtinizə düşmüş bu sınaqla bağlı gileylənməyə başlasanız bunu etmək asan olmayacaq”.

Bizimlə baş verən hər şey müəyyən fayda qazandıra bilər. Bunun fərqinə varmaq üçün sadəcə gözlərinizi açmaq lazımdır.

İmkan yaranmamışdan əvvəl hazırlaşmaq lazımdır:

“Sizə şans verildiyi an hazırlaşmağa başlamaq lazım deyil. Bununla hələ şans başlamadan əvvəl məşğul olmaq lazımdır. Şans yarandıqdan sonra hazırlaşmaq üçün artıq çox gecdir”.

Maykl Ellsberq özünün “The Education of Millionaires” kitabında qeyd edir ki, satış və marketinq texnikalarını öyrənmək vacibdir və onlar əksər professional sahə üçün keçərlidir. Marketinq seminarlarında iştirak edərək əldə etdiyiniz bilik və bacarıqları daha sonradan öz sahənizə tətbiq etməklə uduzmayacaqsınız.

İdman terminologiyasından istifadə edən məşqçi heç vaxt fiziki cəhətdən uyğun olmayan oyunçunu komandaya dəvət etməyəcək. O formada olmalıdır. Onu çağırdıqlarında isə hazır vəziyyətdə olmalıdır. Analoji olaraq, arzusunda olduğunuz şansa o qarşınıza çıxmadan daha əvvəl hazır olmaq lazımdır. Məsələn, Jerard Pike 2008-ci ildə Barcelona klubuna əsas müdafiəçi Gabi Militonun əvəzləyicisi rolunda gəlmişdi.

Lakin həmin ilin may ayında Milito travma alır və bu travma sayəsində o bütün mövsümün oyunlarından kənarda qalır. Bu səbəbdən də Pike komandanın start heyətinə salınır. Mövsümün sonunda 21 yaşlı oyunçu nəinki İspaniyanın, bütün dünyanın ən yaxşı oyunçularından biri adını qazanır.

Detalları unutmayın:

“Hər şey detallara fikir verməklə başlayır. Detallar. Detallar”.

2014-cü ildə 2015-ci il üçün planlar qurmağa başladıqda əsas suallardan biri belə idi: “Nəyə görə öz məqsədlərimizə çata bilmirik?”.

Məsələ mənfi əhval-ruhiyyədə deyil. Biz sadəcə uzaqgörən olmaq və öz zəif cəhətlərimizi təyin etməyə çalışırdıq. Artıq baş verəni dəyişmək mümkün deyil. Lakin siz və tabeliyinizdə olan şəxslər məsələ ilə bağlı proqnoz vermək bacarığına sahibdirlərsə uğur ehtimalını artırmaq şansınız yüksəkdir. Bu səbəbdən də uzaqgörənlik texnika və biznes sahəsində bu qədər çox populyarlıq qazanıb.

Baş verənlərdən dərs çıxarın:

“Həmçinin, əminəm ki, baş verənlərdən müsbət mənada dərs çıxaranlar bütün problemləri yaxşıya doğru həll edirlər”.

Vəziyyəti idarə etmək imkanından məhrum olsaq belə, öz davranış və reaksiyalarımıza görə məsuliyyət daşıyırıq. Əgər düşüncə və məntiqinizi tam olaraq idarə edə bilirsinizsə, sahib olduqlarınızdan nəyə görə nəticə də çıxarmayasınız?! John Wooden-in  rəhbərliyi altında onun komandası 12 il ərzində 10 NCAA tituluna sahib olub. Bu titullardan 7-si ard-arda onlara nəsib olub. Lakin məsələ, mükafatlarda deyil, komandanın hər zaman əlindən gələni etməsindədir.

“Bacardığınız hər şeyi etdiyinizə əminsinizsə, heç vaxt uduzmayacaqsınız. Mən bütün gücümlə çalışdım. Və bu mənim bacardığım yeganə şey idi”.

Bu qaydalar həm şəxsi həyatımız, həm də biznesimiz üçün keçərlidir.

Son xəbərlər
Digər xəbərlər