8 C
Baku
Thursday, December 12, 2024

“Johnson & Johnson” şirkətinin direktoru istefa verib

“Johnson & Johnson” şirkətinin direktoru Aleks Qorski 61 yaşında istefa verib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

2022-ci ilin yanvarında etibarən peyvənd istehsalçısının yeni rəhbəri Xoakin Duato olacaq. O, 32 ildir “J&J”da icra komitəsinin rəhbərinin müavini vəzifəsini tutub.

Şirkətin direktorlar şurasına da rəhbərlik edən cənab Qorski gələcəkdə icraçı direktorun vəzifələrini yerinə yetirəcək. Doqquz il bu vəzifəni tutan Qorski CEO olaraq istefa verərkən, sağlamlıq səbəbindən ailəsinə diqqət yetirmək istədiyini söyləyib.

Aleks Qorskinin rəhbərliyi dövründə “J&J” məhsul portfelini genişləndirib və maliyyə vəziyyətini gücləndirib. İndi şirkət xərçəng dərmanlarından və COVID-19 peyvəndlərindən kontakt linzalara və gigiyena məhsullarına qədər müxtəlif mallar istehsal edir. İkinci rübdə onun satışları 27% artaraq 23.3 milyard dollara çatıb, hazırda şirkətin kapitallaşması 470 milyard dolları keçir.

Son xəbərlər
Digər xəbərlər