15 C
Baku
Saturday, April 20, 2024

“JP Morgan” bankı kriptovalyuta buraxacaq

Dünyanın ən iri investisiya bankı olan ABŞ-ın “JP Morgan” bankı özünün “JPM Coin” kriptovalyutasını buraxacaq.

CNBC telekanalına istinadən, bankdan verilən məlumata görə, bankın müştəriləri arasındakı ani ödənişlər vasitəsi kimi istifadə olunacaq yeni kriptovalyutanın yaxın aylarda sınaqdan keçiriləcəyi bildirilir.

Bu, ABŞ-ın iri bankları tərəfindən buraxılan ilk kriptovalyuta olacaq.

2017-ci ilin sentyabr ayında “JP Morgan Chase”nin rəhbəri Ceymi Daymon kriptovalyutalarını “qərənfillər xəstəliyi” dövründə Hollandiyanın başına gələnlərdən daha betər fırıldaq deyə səciyyələndirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər